İran kürdlərinin “Kürdüstan” qurmaq xəyalları region üçün ciddi risklər yaradır İsmail Cingözdən AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Amerika Birləşmiş Ştatları öz təhlükəsizlik doktrinasında artıq “dünyanın jandarmı olmayacağıq” mesajını vermişdi. Bununla yanaşı, xüsusilə Suriya və ümumilikdə Orta Şərq coğrafiyasında müəyyən geriçəkilmə addımları müşahidə olunur. Lakin İran hazırda daxili qarışıqlıqlar fonunda xüsusilə ABŞ və İsrail başda olmaqla, dünya tərəfindən diqqətlə izlənilən bir proses yaşayır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz İranda baş verən qarşıdurmalardan danışarkən bildirdi.
O, qeyd etdi ki, İranın qondarma nüvə fəaliyyətləri bəhanə edilərək ABŞ iyun ayında İsraillə birlikdə bu ölkəyə bombardman həyata keçirmişdi:
"Zaman-zaman İsrail və İran arasında hava hücumları və raket zərbələri də qeydə alınmışdı. Hazırda ABŞ tərəfindən İrana qarşı hücum təhdidləri səsləndirilsə də, Vaşinqtonun eyni zamanda Venesuela məsələsi ilə məşğul olması, Qrenlandiya mövzusunda Avropa ilə gərginlik yaşaması, Rusiya-Ukrayna müharibəsində Donald Trampın vəd etdiyi daimi atəşkəs və sülhü hələ də təmin edə bilməməsi, eləcə də Tayvan-Çin böhranında Tayvanı siyasi cəhətdən dəstəkləməsi ABŞ-nin yaxın perspektivdə İrana birbaşa hərbi müdaxilə mövzusunda tərəddüdlərinin olduğunu göstərir. Yəni ABŞ üçün İrana qarşı birbaşa müdaxilə hazırkı mərhələdə riskli görünür və sanki bu proses gözləmə mövqeyinə alınmış kimidir. Çünki ABŞ İrana müdaxilə edər və İsraillə birlikdə burada genişmiqyaslı qarşıdurmanın fitilini yandırarsa, dünya ciddi neft böhranı ilə üz-üzə qala bilər".
Politoloqun fikrincə, İranın “ABŞ mənə hücum edərsə, Hörmüz boğazını bağlayaram, Amerika və İsrail bazalarını qanuni hədəf elan edərəm” şəklindəki təhdidləri Tehranın əlini gücləndirir:
"Dünya neft bazarında qiymətlərin yüksəlməsi isə hazırda ABŞ və NATO tərəfindən sanksiyalara məruz qalan Rusiyanın xeyrinə işləyəcək. Çünki neft bahalaşarsa, onunla paralel olaraq təbii qazın da qiyməti artacaq və bu da enerji ixracatçısı olan Rusiyanın iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək. Bu amil də ABŞ-nin İrana birbaşa müdaxiləni təxirə salmasına səbəb olan əsas faktorlardan biri kimi görünür. İranda isə ciddi idarəetmə böhranı yaşanır. Xalq uzun illərdir molla rejimindən bezmiş vəziyyətdədir. 1979-cu il inqilabından sonra despot üsullarla idarə olunan İran cəmiyyəti artıq bu rejimdən qurtulmaq və daxili siyasi dinamika hesabına rejim dəyişikliyinə nail olmaq istəyir. Bununla belə, ABŞ və İngiltərə kimi Qərb dövlətlərinin də Şah Rza Pəhləvi nəslinin yenidən hakimiyyətə gətirilməsinə isti yanaşmadığı anlaşılır. Pəhləvi ailəsinin İranda ciddi ictimai dayağının olmaması da Qərbin bu ssenarini gözləmə mövqeyinə almasına səbəb olub".
Müsahibimzin sözlərinə görə, İran daxilində bölünmədən rejim dəyişikliyi variantı üzərində düşünülür.
"Bununla yanaşı, ölkənin parçalanmasını istəyən qüvvələrin də olduğu görünür. Xüsusilə İran kürdləri və PKK-nın İran qolu olan PJAK yönümlü qrupların “Kürdüstan” qurmaq xəyalları region üçün ciddi risklər yaradır. Bu isə Türkiyə və türk dünyası baxımından mənfi nəticələrə səbəb ola bilər. Türkiyə və Türk Dövlətləri Təşkilatının İrana bölünmədən, mümkün olarsa, türklər tərəfindən idarə edilən bir dövlət kimi baxdığı da müşahidə olunur. Nəzərə almaq lazımdır ki, 1925-ci ilə qədər İran faktiki olaraq türk dövlətləri tərəfindən idarə olunurdu və İngiltərənin dəstəyi ilə Qacarlar devrilərək Pəhləvilər hakimiyyətə gətirilmişdi. Əhali baxımından İranda türklərin payının 43 faizdən çox olması gələcəkdə burada yenidən türk yönümlü bir idarəçiliyin formalaşması ehtimalını da gündəmə gətirir. Məhz bu səbəbdən İran cəmiyyəti xarici müdaxilə ilə deyil, daxili siyasi dizaynlar vasitəsilə bir rəhbərlik dəyişikliyinin daha uyğun olacağını düşünür. Kənar müdaxilə nəticəsində ölkənin müstəmləkə vəziyyətinə düşəcəyi qorxusu İran xalqını daxili dinamikanı zorlayaraq hərəkət etməyə vadar edir. Bu isə prosesin olduqca sancılı və mürəkkəb bir mərhələdə olduğunu göstərir", - deyə İsmail Cingöz vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Yanvar 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















