Icma.az
close
up
RU
Argentina Dünya Çempionatından kənarlaşdırıla bilər 3 milyon insan SƏS VERDİ

Argentina Dünya Çempionatından kənarlaşdırıla bilər 3 milyon insan SƏS VERDİ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılması tələbi ilə kampaniya başlayıb.
Bizim.Media bu barədə “Reuters”ə istinadla yazır.
Nəşrin yazısında qeyd olunub ki, kampaniyanın təşkilatçıları Beynəlxalq Futbol Federasiyası (FIFA) və ya milli futbol federasiyaları ilə heç bir əlaqəsi olmayan "Argentina Out" adlı xüsusi sayt yaradıblar. Petisiyanı başladanlar iddia edirlər ki, dünya futbolunun rəhbərliyi Argentina millisinin kapitanı Lionel Messinin pərəstişkarlarıdır, buna görə də hakimlərin köməyi ilə Argentinanı finala "daşıyırlar".
"Qalib artıq müəyyən olunubsa, digərləri niyə ümumiyyətlə iştirak etməlidir?" - petisiyada qeyd olunub.
Yarımfinalda Argentina dörddəbir final mərhələsində Norveçi turnirdən kənarlaşdıran İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, 1/8 və 1/4 final mərhələlərində Argentina müvafiq olaraq Misir və İsveçrəni məğlub edib. Hər iki milli komanda oyunlar başa çatdıqdan sonra Argentina yığmasının xeyrinə verilən hakim qərarlarından aktiv şəkildə şikayətləniblər.
Misir Assosiasiyasının prezidenti Hani Abu Rida matçdakı insidentlərin — Misir millisinin ləğv edilmiş qolunun və Argentinanın üçüncü qolundan əvvəl təyin oluna biləcək penaltinin araşdırılmasını tələb edib. Bunun ardınca Beynəlxalq Futbol Federasiyasının (FIFA) Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Misir millisinin dünya çempionatının 1/8 finalında Argentinaya qarşı oyundakı hakimliklə bağlı ittihamlarının əsassız olduğunu bəyan edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 İyul 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri