Argentina millisinin iki oyunçusu zədələnib
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"River Pleyt" və Argentina millisinin oyunçuları – hücumçu Tiaqo Almada və yarımmüdafiəçi Tobias Andrada zədələnib. Sport24.az xəbər verir ki, hər iki oyunçu Argentina çempionatının (Klausura) 10-cu turu çərçivəsində "Atletiko Urakan"a qarşı keçirilən oyunda meydanı erkən tərk etmək məcburiyyətində qalıb.
25 yaşlı Almada sol ayağındakı narahatlıq səbəbindən 6-cı dəqiqədə əvəzlənib. 19 yaşlı Andrada isə meydanı 36-cı dəqiqədə tərk edib. Kameralar onun bud nahiyəsində buz paketi ilə göz yaşı tökdüyünü lentə alıb.
Hər iki futbolçu Lionel Skaloni tərəfindən Argentina yığmasının qarşıdakı oyunları üçün milliyə dəvət olunmuşdu. Onların Boliviya, Burkina-Faso və Beninə qarşı yoldaşlıq oyunlarında iştirakı hazırda şübhə altındadır.
Qeyd edək ki, Almada millidə keçirdiyi 21 oyunda 5 qol vurub, Andrada isə 7 matçda meydana çıxıb.
Baxış sayı:68
Bu xəbər 20 Sentyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















