Argentina və Özbəkistan milliləri tarixdə ilk dəfə qarşılaşacaqlar
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Argentina və Özbəkistan futbol milli komandaları tarixlərində ilk dəfə üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, qarşılaşma sentyabrın 30-da Çində neytral meydanda təşkil olunacaq. Görüş Özbəkistan millisinin 2027-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokuna hazırlıq proqramına daxildir.
Argentina hazırda FIFA reytinqində ikinci pillədə qərarlaşıb.
Özbəkistan isə son illərdə milli komandalar səviyyəsində ciddi irəliləyişə nail olub. Mərkəzi Asiya təmsilçisi 2026-cı il dünya çempionatında tarixində ilk dəfə iştirak edib. Asiya Futbol Konfederasiyası da mundial təcrübəsinin komandanın gələcək inkişafı üçün mühüm mərhələ olduğunu vurğulayıb.
2027-ci il Asiya Kubokuna vəsiqəni daha əvvəl təmin edən Özbəkistan üçün Argentina ilə görüş qitə birinciliyi öncəsi ən ciddi sınaqlardan biri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Avqust 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















