Icma.az
close
up
RU
İş elanlarının görünməyən tərəfləri Nə etməli?

İş elanlarının görünməyən tərəfləri Nə etməli?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə şirkətlərin elan etdikləri vakansiyaların real olmaması ilə bağlı müzakirələrlə tez-tez rastlaşmaq olur. Qeyd edilir ki, bir çox hallarda vakansiyalar üzrə müraciət olunsa da, ya geridönüş olmur, ya da bir neçə seçim mərhələsini uğurla keçən namizədlə sonradan əlaqə saxlanılmır. Həmçinin müraciət edənlərə vakansiya üzrə digər işə qəbul edildiyi ilə bağlı mesaj göndərilsə də, bir müddətdən sonra həmin vakansiya yenidən iş elanları saytlarında görünür.

Maraqlıdır, bəs bu deyilənlər nə dərəcədə realdır?

“Qafqazinfo” mövzu ilə bağlı kiçik araşdırma aparıb. İnsan resursları üzrə mütəxəssislər qeyd edilənləri şirkətlərin bazar şərtlərinə uyğun olmayan tələblərlə vakansiya elan etmələri ilə izah edirlər. Bu səbəbdən uyğun namizəd tapılmadığına görə gah proses uzanır, gah da vakansiya açıq olaraq qalır. Bundan başqa, şirkətin siyasətindəki dəyişiklik, strukturun yenidən qurulması da əvvəlcədən elan edilmiş vakansiyalara təsir edir. Nəticədə vakansiya üzrə işçi qəbulu dayandırılır. 

Həmçinin əvvəlcədən müəyyən edilmiş namizədin olmasına baxmayaraq, vakansiya elan edilməsi halları da istisna deyil. Belə vakansiyalar şirkətlərin işçi qəbulunda şəffaflığın olması görüntüsünü yaratmaq məqsədilə yayılır. Sonda vakansiya üzrə müraciət edənlər arasında seçim həyata keçirilsə də, vəzifəyə əvvəlcədən müəyyən edilmiş namizəd təyin olunur. 

Bəs, qanunvericilik bu barədə nə deyir?

Sözügedən məsələ birbaşa qanunvericiliklə tənzimlənmir. “Məşğulluq haqqında” Qanuna görə işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinə görə, 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.  

İşaxtaran və işsiz şəxslərin bu vakansiyalara yararlanmalarına gəlincə, qaydaya görə, bu şəxslər Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər. Burada şəxsə uyğun vakansiyalar barədə məlumat verilir, onlardan münasib iş təklifi onun elektron kabinetində yerləşdirilir. İş təklifini qəbul etdikdə vakansiyaya göndəriş və fərdi məşğulluq vərəqindən çıxarış “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaran və işsiz şəxsin elektron kabinetində yerləşdirilir.

Qanunvericiliyə görə, göndəriş təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq quruma təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə ay əvvəl yaydığı məlumatda bildirilirdi ki,  ƏMAS-da müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Qeyd edilmişdi ki, vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.

Ceyhun Həmid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Oktyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri