Argentinalı azarkeşlər DÇ 2026 nın finalının yenidən keçirilməsini tələb edirlər
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Argentina millisinin azarkeşləri 2026-cı il dünya çempionatının (DÇ-2026) final qarşılaşmasının yenidən keçirilməsi tələbi ilə petisiya başladıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Qeyd edək ki, nüfuzlu turnirin həlledici oyununda Argentina yığması İspaniya seçməsinə 0:1 hesabı ilə məğlub olub.
Matçın baş hakimi funksiyasını sloveniyalı Slavko Vinçiç yerinə yetirib. Cənubi Amerika təmsilçisinin tərəfdarları change.com platformasında petisiya yaradaraq, oyunun nəticəsinə təsir etdiyini düşündükləri hakim qərarlarından narazılıqlarını bildiriblər. Onlar FIFA-nı matçı yenidən keçirməyə çağırıblar. Sözügedən müraciəti artıq 60 mindən çox insan imzalayıb.
İspaniyanın nəqliyyat naziri Oskar Puente isə məsələyə qeyri-adi münasibət bildirib:
"Onlar bəlkə nəhayət qapıya zərbə endirə bilsinlər deyə daha 120 dəqiqə oynamaq istəyirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 İyul 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















