“Arı xəbərdarlığı” elan etdilər Hərbi uçuşlar dayandırıldı Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsraildə qeyri-adi təbiət hadisəsi nəticəsində on minlərlə arıdan ibarət nəhəng sürü bir neçə bölgədə yaşayış məntəqələrini və hərbi obyektləri əhatə edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ölkə daxilində “arı xəbərdarlığı” elan edilməsinə səbəb olub.
Sürü şəklində hərəkət edən arı kütləsi bəzi ərazilərdə səmanı sarı bulud kimi örtərək, görünüşü məhdudlaşdırıb və əhali arasında təşviş yaradıb.
Məlumata görə, vəziyyət İsrail Hərbi Hava Qüvvələrinin bəzi uçuşlarına da təsir edib. Təhlükəsizlik səbəbindən bəzi hərbi təyyarələrin uçuşları müvəqqəti dayandırılıb, çünki arıların mühərriklərə və həssas avadanlıqlara zərər vurma riski olduğu bildirilir.
Hakimiyyət orqanları vətəndaşlara qapı və pəncərələri bağlı saxlamaq, mümkün qədər açıq ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib. Xüsusilə allergik reaksiyalar və sancma halları ilə bağlı risklərin artdığı vurğulanıb.
Arıların bu qədər kütləvi şəkildə toplanmasının səbəbi araşdırılır. İlkin ehtimallar arasında hava şəraiti və ekoloji balansdakı dəyişikliklər göstərilir. Eyni zamanda, arı sürüsünün yaşayış və hərbi zonalardan uzaqlaşdırılması üçün tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Aprel 2026 06:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















