Icma.az
close
up
RU
Arif Babayevin doğum günündə kövrək etirafı FOTO

Arif Babayevin doğum günündə kövrək etirafı FOTO

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 87 yaşı tamam olur.

Moderator.az xəbər verir ki, medianews.az-a açıqlama verən xalq artistinin danışarkən çətinlik çəkdiyi diqqətdən qaçmayıb: “Çox sağ olun, sizə təşəkkürümü bildirirəm. Gərək məni bağışlayasız, çox danışa bilmirəm. Bir neçə gündür doğum günümlə bağlı televiziyalar gəlir, ard-arda çəkilişlər edirlər. Söz vermişdim deyə bir neçə verilişdə çəkildim. Deyəsən məni bir az yorublar, əldən düşmüşəm (gülür). Eybi yoxdur, təki doğum günümdə yorulum. Zarafat edirəm, sağ olsunlar ki, diqqət göstərirlər. İnsan üçün həyatda diqqətdən gözəl nə ola bilər? Dövlətim də sağ olsun, millətim də! Bütün telekanallara, mətbuata öz təşəkkürümü bildirirəm. Mən daim jurnalistləri sevmişəm, mətbuatdan heç vaxt qaçmamışam, onlarla dostluq etmişəm. Bir dəfə də olsun məni incitməyiblər. Yaxşı şeylər yazsınlar, yalan xəbərlər yaymasınlar. Doğum günümdə özümə can sağlığı arzulayıram. İnsan daim yaşamaq istəyir, həyatdan doymaq olmur. İnsan xoş günlərlə yaşamalıdır. Hər kəsə xoş gün arzulayıram”.

Çətinliklə fikirlərini ifadə edən sənətkar daha sonra bizimlə astaca sağollaşıb, telefonun dəstəyini ömür-gün yoldaşı Gültəkin xanıma verir. “Həkim nəzarətindədir, tez-tez ev şəraitində iynə-dərmanlarını edirik ki, özündə güc toplasın. Tələbələri, sənət yoldaşları gəlmişdi. Hər dəfə onları görəndə sevinir, çünki həmin sənətkarlar da Arif müəllimi ürəkdən sevirlər. 60 il olacaq ki, ailə həyatı qurmuşuq. Hələ bir dəfə də ondan inciməmişəm. Arifin yalnız xoş günlərini görüm, pis gününü görməyim. Arzuları çoxdur. İnşallah ki, onlar həyata keçər. Ən böyük arzularından biri də Ağdamda ev muzeyinin olmasıdır. Bəzən danışır, kövrəlir. Deyir ki, o günü mən görməsəm də, yəqin ki, siz görəcəksiz. Bütün bir nəslin ağsaqqalıdır, böyüyüdür” deyə sənətkarın ömür-gün yoldaşı deyib.

Xalq artisti, xanəndə, Arif Babayevin tələbəsi Nəzakət Teymurova sayıta açıqlamasında bildirib ki, sənətkarın obrazları, istərsə də ifaları gənclər üçün dərslikdir:

“Allah Arif müəllimə uzun ömür, can sağlığı versin. Onlar şəxsiyyətləri ilə, öz sənətləri ilə uzun bir yol qət ediblər. 70-80-ci illərdən onların etdikləri ifalar bizim beynimizə süzülüb və bizlər üçün bir cığır açıb. Ruhumuzu oxşayıblar. Mən hələ Asəf Zeynallı adına musiqi kollecində oxuyanda Arif müəllimin sinfinə gedib-gəlirdim. Mənə dedi ki, kolleci bitirəndən sonra gələrsən akademiyaya. O vaxt konservatoriya akademiya adlanırdı. Elə də oldu. Yaxşı ki, Arif müəllimin sinfinə gəldik, onunla yaxından tanış olduq. Muğamların sirlərini bizə öyrətdi. Həyatda şans deyilən bir anlam var. Həm də onu qeyd edim ki, xanəndə hər zaman üzərində işləməlidir. Arif Babayevin sinfini bitirməklə deyil. Hansısa ifaçı öz üzərində işləmirsə, səsi varsa belə onu işlətmirsə, bu sənətdə uğur qazanmayacaq. Konservatoriyanı bitirəndən sonra da orada qalıb, elə ustadımın yanında öz müəllimimdən öyrəndiklərimi tələbələrimə öyrətmişəm. 24 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Arif müəllimin sənəti hər zaman yüksəklərdə olub. Onun oxuduğu ifalar bir dərslikdir. Arif müəllim həm dövlətin, həm də xalqın sevimli sənətkarıdır. Arif müəllimin xalqın içində də sadəliyinə görə böyük bir rəğbəti var. Xanəndələrimizin içində hər zaman seçilib. Mən hələ gənc idim, danışırdılar ki, Arif müəllimlə Rübabə xanım “Leyli və Məcnun” tamaşasında oynayanda böyük anşlaq olurdu. İnsanlar tamaşadan getmək istəmirdilər. Arif Babayevin böyük bir tələbə ordusu var. Arif müəllim bizim muğam sənətinin bir işığıdır. Allah ona uzun ömür, can sağlığı, sağlam ömür versin. Onun səsi sehrlidir, 100 adamın səsinin içərisində seçilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri