Arif Əsədov 1/16 final oyunlarını dəyərləndirdi: Heç bir komandaya asan olmayacaq
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Dünya çempionatının gedişatı göstərir ki, turnir sürpriz nəticələrlə zəngindir. Bu səbəbdən hansı komandanın favorit olduğunu qəti şəkildə söyləmək asan deyil". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin İspaniya – Avstriya, Portuqaliya – Xorvatiya və İsveçrə Əlcəzair qarşılaşmalarından gözləntilərini bölüşüb:
"İspaniya – Avstriya qarşılaşmasında həm oyun keyfiyyəti, həm də heyət baxımından üstün tərəf İspaniyadır. Bununla belə, bu üstünlüyün qələbənin asan əldə olunacağı anlamına gəlmədiyini də nəzərə almaq lazımdır.
Portuqaliya – Xorvatiya matçında isə favorit kimi Portuqaliyanı göstərmək olar. Xorvatiya millisində nəsil dəyişikliyi prosesi davam edir və hazırkı heyətdə yer alan bir çox futbolçu üçün bu mundial son dünya çempionatı ola bilər.
İsveçrə – Əlcəzair görüşündə avropalılar favorit hesab olunur. Ancaq bu mundial bir daha göstərdi ki, digər qitələrin təmsilçiləri də ciddi inkişaf ediblər və heyətlərində yüksək səviyyəli futbolçular var. Buna baxmayaraq, bu qarşılaşmada üstünlük yenə də İsveçrə tərəfdədir".
Qeyd edək ki, bu gün axşam saat 23:00-da İspaniya – Avstriya oyunu başlayacaq. İyulun 3-də gecə, saat 03:00-da Portuqaliya – Xorvatiya matçı start götürəcək. Səhər saat 07:00-da isə İsveçrə Əlcəzairlə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 İyul 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















