Arif Əsədov: “Futbolçularımızın potensialı yüksəkdir”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Lixtenşteynlə oyunda millimizə uğurlar arzulayıram. Son oyuna çıxacağıq. İlk pilləni tutmaq üçün mütləq qələbə qazanmaq lazımdır. Bunun üçün yığmamızın potensialı var və inanıram ki, qələbə bizim olacaq. Sadəcə, əsas məqam odur ki, ələ düşən fürsətlərdən vaxtında yararlanmaq lazımdır”.
Bu sözləri yığmamızın sabiq çalışdırıcısı Arif Əsədov Azərbaycan millisinin səfərdə Lixtenşteynə qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis matçın əhəmiyyətindən, qol imkanlarından vaxtında yararlanmağın vacibliyindən və səfərdə qarşılaşa biləcəkləri çətinliklərdən söz açıb.
“Çünki bu rəqiblə Bakıdakı ilk oyunda görünən o oldu ki, çoxlu imkanlar yarandı. Fürsətlərdən istifadə olunmadıqca, rəqib də özünə inam qazanır. İndi də həmin məqam yaranmasın deyə, mütləq tez bir zamanda qol vurmaq lazımdır. Təbii ki, səfərdə oynayırıq. İndi hardasa rəqibin təzyiqi ilə üzləşə bilərik. Meydan problemi də ola bilər. Yəni, süni ot müəyyən çətinliklər yarada bilər. Amma bütün bunlara baxmayaraq, düşünürəm ki, bizim futbolçuların potensialı yüksəkdir və komanda şəklində rəqibdən üstün olub qələbə qazana bilərik”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, UEFA Millətlər Liqası çərçivəsində Vadutsda keçiriləcək Lixtenşteyn - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















