Icma.az
close
up
RU
Arif Əsədov: “Qrupdakı rəqiblərdən xallar götürməyə qadirik” MÜSAHİBƏ

Arif Əsədov: “Qrupdakı rəqiblərdən xallar götürməyə qadirik” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Millimiz son yoxlama matçlarında Latviya ilə qolsuz heç-heçə etdi, Macarıstana isə 1:2 hesabı ilə uduzdu. İlk olaraq Latviya ilə görüş haqda fikrinizi bildirərdiniz…

– Görünən o idi ki, Fernandu Santuş daha çox seçmə mərhələdəki rəqibləri düşünərək, həmin oyun sistemi ilə futbolçuları meydana buraxmışdı. Tam olmasa da, 70-80 faiz optimal heyəti düşünürdü. Oyuna gəldikdə isə matçı aqressiv keçirmədik. Sadəcə, taktiki gediş görünürdü. Komandamız müdafiə olunmağa diqqət yetirir, “iki nömrə” kimi çıxış edirdi. Qol imkanlarımız da oldu, amma istifadə edə bilmədik. Pis və ya yaxşı oynadığımızı deməzdim, sadəcə, millimizdə bir az inamsızlıq hiss olunurdu. Halbuki Latviyanın gücünü nəzərə alaraq, onlara qarşı başqa oyun sistemi ilə çıxıb qələbə qazanmaq da olardı.

– İkinci oyunda isə Macarıstanla qarşılaşdıq və yenə macarlara məğlub olduq. Milli bu görüşdə necə təsir bağışladı?

– Bu görüşdə düzgün oyun sistemi seçilmişdi. Macarıstan seçmə mərhələdəki rəqiblərimiz səviyyəsində bir komanda olduğu üçün “ikinci nömrə” ilə oynadıq, heyətdə də bəzi dəyişikliklər edilmişdi. Renat Dadaşovun Mahir Emreli ilə birlikdə oynaması hücum potensialımızı da artırmışdı, top hücum xəttimizdə qalırdı. Ümumi oyun planında istəkli olduğumuz görünürdü, aqressivlik də var idi. Təbii ki, rəqibin ustalıq səviyyəsi bizdən üstün olduğu üçün oyuna onlar diktə edirdilər, bir çox qol imkanları da oldu. Amma millimiz də ara-sıra hücumlar edirdi, qol da vurduq. Hətta görüşün sonlarında hesabı bərabərləşdirə də bilərdilər. İki oyunu müqayisə etsək, macarlarla matçda komanda daha inamlı görünürdü. Bəlkə də bu, evdə, azarkeşlərimizin qarşısında oynamağımızla bağlı idi. Ancaq yenə də qalibiyyətin olmaması komandada özünə inamsızlığı göstərir.

– Fernandu Santuşun rəhbərliyi altında 10 oyunda bir qələbə yoxdur. Bunu necə dəyərləndirirsiniz?

– Bu onu göstərir ki, Santuş hələ də bizim oyunçuların tam potensialını tuta bilməyib. Düşünürəm ki, futbolçularımız hücum etməyi daha çox xoşlayırlar. Bunu Macarıstanla oyunda da gördük. Matçın sonlarına yaxın sistemdə dəyişiklik edərək daha çox hücumameyilli futbolçuları meydana buraxdı və bundan sonra millimizin oyununda canlanma hiss olundu, qol imkanları da yaratdıq. 10 oyunda qələbənin olmaması seçmə mərhələdəki oyunlarımıza mənfi təsir göstərə bilər.

– Seçmə mərhələdə bizi Fransa, Ukrayna və İslandiya ilə oyunlar gözləyir. Bu gedişlə tsikl oyunlarında fiasko ilə üzləşə bilərik?

– Düşünmürəm ki, fiasko ola bilər. Hələ vaxt var. İnanırıq ki, futbolçularımız həmin vaxt yaxşı formada olacaqlar. İndi mövsümün sonu idi, psixoloji yorğunluq təsir edir. Seçmə mərhələ oyunlarında hər şey dəyişə bilər. Bu qrupdakı komandalardan xallar götürməyə qadirik. Komandamız bunu əvvəlki illərdə də sübut edib. Bu futbolçular İsveçə və Slovakiyaya qalib gəliblər. Sadəcə, bir balaca inamsızlıq yaranıb, onu aradan götürmək lazımdır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri