Arif Əsədov: Son qələbə Tvente ni də keçmək üçün təkan ola bilər
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzan "Qarabağ" Bakıda Ukrayna komandasını 2 cavabsız qolla üstələyərək növbəti mərhələyə yüksəldi və "Tvente"yə rəqib oldu.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə qarşıdakı görüşlər barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu qələbə "Qarabağ" üçün çox vacib idi. Təbii ki, heyətin yenilənməsi Ağdam təmsilçisinin performansına təsir edirdi. "Dinamo" ilə ilk matçdakı məğlubiyyətdən sonra da psixoloji çətinlik var idi. Lakin təmsilçimiz xarakter nümayiş etdirərək Ukrayna təmsilçisini üstələdi və növbəti mərhələyə çıxdı. "Tvente" güclü klubdur. Getdikcə rəqiblər çətinləşir. Ancaq bu həmin "Tvente" deyil. Hansı ki "Qarabağ" onlarla əvvəl də avrokuboklarda iki dəfə qarşılaşıb. Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər".
Qeyd edək ki, tərəflərin ilk qarşılaşması avqustun 20-də Niderlandda reallaşacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















