Icma.az
close
up
RU
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Amerika və Avropada yaşayan “Nasonia vitripennis” növünə aid miniatür parazit arılar yumurtalarını milçəklərin puparilərinə (içində pup olan yetkin sürfə dərisinə) qoyurlar və onların sürfələri burada inkişaf edir. Qısa ömür dövrü (təxminən bir ay), kiçik ölçüləri (cəmi 2–3 millimetr) və laboratoriya şəraitində asan artırılması bu həşəratları genetika və epigenetika sahəsində tədqiqatlar üçün əlverişli model orqanizminə çevirib.

Bu arılar xüsusilə ona görə dəyərlidir ki, onlarda gen ifadəsini tənzimləyən DNT molekulunun modifikasiyası olan DNT metilasiyası mövcuddur. Bu mexanizm qocalmanın, gen tənzimlənməsinin və ətraf mühitin genə təsirinin öyrənilməsinə imkan verir. Məsələn, meyvə milçəklərində bu mexanizm ya zəif inkişaf edib, ya da ümumiyyətlə yoxdur.

Ətraf mühitin dəyişməsinin arıların bioloji yaşına necə təsir etdiyini öyrənmək üçün Eymon Mellonun (Eamonn B. Mallon) rəhbərlik etdiyi tədqiqat qrupu sürfələrin bir qismini əlverişsiz şəraitə, yəni aşağı temperatur və qısa işıq günü rejiminə yerləşdirib. Bu şərait inkişafın təbii şəkildə ləngiməsinə, yəni diapauzaya səbəb olur.

Lent.az-ın verdiyi xəbərə görə, PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırma göstərdi ki, sürfə mərhələsində diapauza şəklində keçən "yuxu" böyüklərdə epigenetik qocalmanı ləngidib. Diapauzadan üç ay sonra çıxan arılar genetik baxımdan yaşıdlarından təxminən 2,8 gün daha yaşlı idilər. Lakin 18 gün sonra bu fərq aradan qalxdı, 30 gün sonra isə "yatan" arılar digərlərindən 2,7 gün daha cavan göründü.

Metabolik göstəricilərə əsasən, diapauzadan keçmiş arılarda:

• qocalma sürəti 29 faiz azalıb,

• ölüm riski 65 faiz enib,

• orta ömür uzunluğu isə 36 faiz artıb.

Bundan əlavə, diapauza qocalmanı ləngitməyə yönəlmiş molekulyar müdafiə proqramını da işə salıb. Arılarda bioloji saatlar məməlilərdəki ilə əlaqəli eyni metabolik yolları işə saldığına görə, bu “yaş əleyhinə effekt” gələcəkdə digər orqanizmlər üzərində də sınaqdan keçirilə bilər.

Genetiklərin fikrincə, belə bir qocalma ləngiməsi sərt ətraf mühitə uyğunlaşma nəticəsində meydana gələ bilər. Belə ki, orqanizm inkişafın erkən mərhələsində çətinlikləri “qabaqcadan hiss edib” qoruyucu mexanizmləri işə salır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Avqust 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri