Icma.az
close
up
RU
Arıqladan çaylar və yaxud qadınların ölüm kabusu Farmakoloq sirrləri açdı

Arıqladan çaylar və yaxud qadınların ölüm kabusu Farmakoloq sirrləri açdı

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sibutramin"dən ölüm halları da ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, farmokoloq Müşfiq Hüseynov Azərbaycana gətirilən "arıqlama çay və qəhvə"lərin satışının dayandırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Müşfiq Hüseynov bildirib ki, intelektual cəhətdən o qədər də yüksək səviyyəli ölkələrdə insanlar nəticəni çox tez gözləyirlər:

"Onu ucuz və tez zamanda əldə etməyin müxtəlif yollarını axtarırlar. Bu da "iş adam"larını, yəni daha çox işbazları bu mentalitetdən yararlanmağa təşviq edir. Adı çəkilən preparat - "sibutramin” arıqlama formulası üzrə təsir edən qadağan olunmuş preparatların sadəcə biridir. Ümumiyyətlə, bu tip preparatların tərkibində ya "sibutramine", ya da "ksenikal" olur". 

Farmokoloq əlavə edib ki, dünyanın bir çox yerlərində "sibutramin"in qadağan olunmasının əsas səbəbi insanın beyninə təsir etməsi və beyindəki acılıq mərkəzlərini bloklamasıdır:

"Nəticədə insan sadəcə olaraq yemək istəmir. Bu tip dərmanların beyinə təsir etməsi zamanı müxtəlif psixoloji, gərgin vəiyyətlər yaranması ilə yanaşı, hətta çox ağır fəsad verən vəziyyətlərə gətirib çıxarda bilər. Hətta praktikada "sibutramin"dən ölüm halları belə var. Ona görə də bunu qadağan ediblər. İnsanlara bazarda təklif edilən qəhvə, çay və bu tip başqa məhsulların tərkibində "sibutramin" olmasa onun heç bir effekti olmaz. İnsanlar ona görə bu məhsulları - qəhvə, cay, kapsul da ola bilər içib, nəticədə 7- 10, bəzən 15 kiloqrama kimi arıqlayanda düşünürlər ki, bu məsulun effekti tez və qarantiyalıdır. Bu zaman onun beyinə verdiyi fəsadları çox adam fikirləşmək istəmir. Bunun qadağan olunması normal haldır".


Müşfiq Hüseynov deyib ki, bu addım çoxdan atılmalı idi:

"Son zamanlar qida əlavələri bazarında yaranmağa başlamış qayda-qanunun böyük rolu var. İyul ayından başlayaraq həm AQTA, həm də Analitik Ekspertiza Mərkəzi tərəfindən ölkəyə gətirilən qida əlavələrinin tərkibi ciddi yoxlamadan keçir. Nəticədə bu gün bazarda olan qida əlavələrinin- qəhvə, çayı da saysaq 100/ 90 yararsız vəziyyətdədir. Azərbaycan bazarı dünyanın ən bərdab bazarlarından biridir. Çünkü zamanında əllərinə nə gəldi gətiriblər. Onlar satılıb qurtarana kimi belə olacaq. Buna görə bəzi orqanların boynuna böyük yük düşür". 

Müşfiq Hüseynovun sözlərinə görə, iki il bundan əvvəl bazarda müxtəlif qida əlavəsi adı altında kişi cinsi aktivliyini artıran tablet, kapsul, məcun, çay və müxtəlif məhsullar satılırdı:

"Əksəriyyətinin tərkibində də kimyasal qarışıqlıqlar vardı. Son zamanlar bunun qarşısı alınıb və insanlar nəhayyət ki, təmizlənməsini görəcəklər. Bazarda belə məhsullar tapılıb araşdırılmalıdır. Saxta məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq qeyri-mümkündür. 2026-ci ilin yayından etibarən bazarda təmizlənməni gözləyirəm".

Xatırladaq ki, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə məlumatına görə, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada Azərbaycana gətirilən "arıqlama çayı və qəhvələri" qadağan edilib. Buna səbəb qeyd olunan məhsulların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən "sibutramin" maddəsinin olduğu aşkar edilib. 

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri