Icma.az
close
up
RU
Arıqlama çaylarının fırıldağı üzə çıxdı AÇIQLAMA

Arıqlama çaylarının fırıldağı üzə çıxdı AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə arıqlama məqsədilə təqdim olunan müxtəlif çay və qəhvə məhsulları geniş yayılıb. “Detoks”, “yağ yandıran”, “1 həftəyə 5 kilo” kimi iddialarla reklam edilən bu vasitələr əhalidə böyük maraq doğursa da, ehtiyatlı olmaq lazımdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da bu cür məhsulların tərkibi və təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Ayşə Məmmədova bildirib ki, arıqlama adı ilə satılan çayların əksəriyyəti real yağ itkisinə deyil, orqanizmdə müvəqqəti maye itkisinə səbəb olur. 
"Bu məhsulların tərkibində çox vaxt işlədici və sidikqovucu təsir göstərən bitkilər yer alır. Nəticədə insan tərəzidə çəki azalması görür, lakin bu azalma əsasən su itkisi hesabına baş verir və qısa müddətli olur. Məhsulun qəbulu dayandırıldıqdan sonra çəki yenidən bərpa oluna bilir. Bundan əlavə, belə çayların nəzarətsiz və uzunmüddətli istifadəsi susuzlaşma, elektrolit balansının pozulması, halsızlıq, başgicəllənmə və hətta ürək ritmində dəyişikliklərə səbəb ola bilər. Bağırsaqların tez-tez süni şəkildə stimullaşdırılması zamanla onların təbii fəaliyyətini zəiflədə, “tənbəl bağırsaq” sindromu yarada bilər. Tərkibi dəqiq məlum olmayan və ya qeydiyyatsız məhsullar isə qaraciyər və böyrəklərə əlavə yük salaraq daha ciddi fəsadlara yol aça bilər".
Dietoloq bildirib ki, xüsusilə xroniki xəstəliyi olan şəxslər, hamilə və süd verən qadınlar, eləcə də yeniyetmələr bu tip məhsullardan uzaq durmalıdır:
"Unutmaq olmaz ki, sağlam və davamlı arıqlama balanslı qidalanma, kalori nəzarəti, kifayət qədər su qəbulu və müntəzəm fiziki aktivliklə mümkündür. Heç bir çay və ya qəhvə möcüzəvi şəkildə piy toxumasını əridə bilməz. Sağlam çəki itkisi zaman və səbir tələb edən prosesdir. Sosial şəbəkə reklamlarına deyil, mütəxəssis rəyinə etibar etmək ən doğru seçimdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri