Icma.az
close
up
RU
Arıqlamağın YEGANƏ yolu

Arıqlamağın YEGANƏ yolu

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arıqlamağın yeganə yolu daha az kalori qəbul etmək və daha çox kalori sərf etməkdir.

Yalnız bu halda insan həqiqətən arıqlaya bilər. Nəzərinizə çatdıraq ki, söhbət sağlam insanlardan gedir. Bəzi xəstəliklər və pozulmalar zamanı (mübadilə proseslərin pozulmlararı, endokrin sistemi xəstəlikləri və s.) hətta ciddi pəhriz arıqlamağa kömək etməyə bilər.

Az kalori almaq üçün, təbii ki, daha az miqdarda qida qəbul etmək lazımdır. Həmçinin qida daha azkalorili (meyvə-tərəvəz, paxlalılar, bişmiş ət, balıq, toyuq, yağlılğı az olan süd məhsulları) olmalıdır. Lakin bu heç də asan deyil. Orqanizmin müdafiə mexanizmi olan aclıq buna yol vermir. Yaşamaq üçün insana qida lazımdır. Orqanizm bunu bilir və buna çox ciddi şəkildə nəzarət edir. İnsan orqanizmində aclığa və toxluğa nəzarət edən xüsusi mexanizmlər var. Aclıq insanın ən güclü hisslərdən biridir. Aclığı idarə etmək olduqca çətindir. Bunu arıqlamağa çalışan hər bir insan təsdiq edəcək.

Bu vəziyyətdə nə etmək lazımdır? Aclığı sadəcə aldatmaq lazımdır. Necə? Bunun müəyyən yolları var.

- Qida qəbulundan 20-30 dəqiqə əvvəl 1 stəkan ilıq su için. Bu iştahanı azaldacaq.

- Əsas qida qəbulundan əvvəl 1 boşqab tərəvəz salatı yeyin (təbii ki, çörəksiz). Salata istənilən tərəvəzlər (xüsusilə xiyar, bolqar bibəri, kələm, soğan, pomidor), göyərti əlavə etmək olar. Azkalorili salat mədəni dolduracaq və mədədə digər yeməklər üçün yer qalmayacaq (və ya çox az yer qalacaq). Mədə dolduqda, beyin toxluq haqqında siqnal alır. 1 tikə qizardılmış ətdə bir boşqab tərəvəz salatı ilə müqayisədə kalori daha çoxdur. Tərəvəz salatı mədəni doldurub toxluq hissi yaradacaq, 1 tikə ət isə bunu etməyəcək və insan qida qəbul etməyə davam edəcək və nəticədə çoxlu miqdarda artıq kalori alacaq.

- Qida qəbulundan əvvəl 1 fıncan yaşıl çay və ya zəncəfil dəmləməsi (1/2 may qaşığı zəncəfil + 1 fincan su) qəbul edin. Onlar iştahanı azaldır.

- Kələm, bağımcan, xiyar, alma, heyva əsas enerji mənbəyi olan karbohidratların həzmini ləngidir və nəticədə insan daha gec acır.

- Yatmazdan əvvəl yediyimiz istənilən qidalar kökəlməyə səbəb olur. Bu səbəbdən axşam saatlarında qida qəbul etməyin - 1 stəkan su və ya 1 stəkan kefir için. Kefir da aclıq hissini azaldır və arıqlamağa kömək edir.

- Axşam daha tez yatmağa çalışın. Ən yaxşı vaxt - saat 22.00-dan gec olmayaraq. İnsan nə qədər gec yatırsa, aclıq bir o qədər artır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri