Icma.az
close
up
RU
Arıqlamaq istəyirsinizsə, bu səhvləri etməyin

Arıqlamaq istəyirsinizsə, bu səhvləri etməyin

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Arıqlamaq üçün bütün günü idman zalından çıxmırsınızsa, heç cürə arıqlaya bilmirsinizisə, deməli haradasa səhv edirsiniz.

Gencaile.az bildirir ki, idmanda yol verilən bəzi səhvlər sizi istədiyiniz çəkiyə düşməyinizə mane olur. Bu qaydalar sizə arzuladığınız çəkiyə və bədən quruluşuna tez zamanda qovuşmağa kömək edəcək.

İlk növbədə unutmayın ki, nə qədər çox idman etmək deyil, hansı məşqləri və necə yerinə yetirdiyiniz daha önəmlidir.

Dünya birdən-birə yaranmayıb!

İdmana ilk başladığınız dəqiqələrdən həddindən artıq ağırlıq qaldırmaq olmaz. Daha ilk başladığınız dəqiqədən özünüzü yormamalısınız. İdmana yavaş-yavaş qızışaraq başlayın. Məşqlərə bu şəkildə başlamaq sizi yalnız idmandan soyudar!

Problemli bölgənizə fokuslanmayın!

Qadınlar hər zaman bədənlərində bəyənmədikləri bölgədən şikayət edirlər. Onu aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxırlar. Digər nahiyələri isə nəzərə almırlar. Etdikləri səhv isə idman edərkən həmin bölgələrə fokuslanmalarıdır. Yüz dəfə jim etsəniz belə, qarın yağlarınız dərhal əriməz. Bədəninizin bir bölgəsinə fokuslanmaq yerinə, etdiyiniz idmanın bütün bədəninizdə təsirli olmasını təmin edin.

Həkim nəzarətindən çıxmayın!

İdman sizi formaya salır, sağlamlığınızın qeydinə qalır. Amma idmanla birlikdə yeni rejim üçün həkim nəzarətində olmaq lazımdır. Bir çox insan bu addımı atmamaqla səhv edir. İdman etmədən əvvəl bədəninizin hansı növ idmana dayanıqlı olduğunu öyrənmək lazımdır.

Fikirlərdən xilas olun!

İdmanla bağlı başqa səhv də fikirli olmaqdır. Daha çox idman yaxşıdırmı? İdmanı bitirdikdən dərhal sonra ideal çəkiyə nail olmaq haqqında düşünmək gülüncdür. Və idmanı ancaq arıqlamaq üçün məcburi şəkildə etmək olmaz. Psixoloqlar bildirirlər ki, həvəsiz edilən məşqlər çox gec nəticə verir. Bu səbəblə bədəninizi və psixologiyanızı bu qədər yormanın mənası yoxdur.

İdman etməkdən zövq almırsınızsa, bu sizə bir vəzifə kimi görünürsə, idmandan soyuyub buraxma ehtimalınız artır. Özünüzü sevmədiyiniz idmanı etmək üçün məcbur etməyin. Maraqlandığınız başqa bir yol tapın.

Fitness salonsuz da idman edə bilərsiniz!

Edilən səhvlərdən bir başqası isə insanların bədənlərini formada tutmaq üçün yalnız fitness salonlarının işə yarayacağına inanmalarıdır. Lakin üzgüçülük, velosipedə minmə, tennis və xizək kimi bitmək-tükənmək bilməyən bir çox idman növü var. Əlinizdəki ehtimalları yaxşı qiymətləndirin. Hətta evdə və ofisdə də bəzi məqşləri etmək çansınız çoxdur.

İdman etməzdən əvvəl ağır yeməklərdən qaçın!

İdmandan əvvəl yüngül qidalar qəbul etmək yaxşı təsir göstərir. İdmandan əvvəl yaşıl içmək yağların daha yaxşı əriməsinə gətirib çıxarır. Lakin ağır yeməkləri əsla yaxın buraxmayın! Hərəkət üçün qidaya və enerjiyə ehtiyacın yaranması bir gerçəkdir. Amma idmandan ən az bir saat əvvəl yeməyə çalışın. Çünki həzm sistemi qidaları parçalayar, qanınız vasitəsilə mədənizə və bədəninizin digər orqanlarına daşıyar. Bu səbəbdən yemək sonrası özünüzü yorğun hiss edərsiniz. İdman isə həzmə mane olar.

Əhəmiyyətli olan mərhələli arıqlamaqdır!

Arıqlamaq istəyənlərin bir çoxunun məşhurların idman proqramlarından və yedikləri az porsiya halında yeməklərdən ilham aldıqlarını bilirsiniz. Lakin bu rejimin dəyişilməsinin daha sürətli kökəlməyə səbəb olduğunu da bilməniz lazımdır. Yenə də xəbərdar etməkdə fayda var: nə olursa-olsun, əhəmiyyətli olan mərhələli arıqlamaqdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri