Armen Qriqoryanın yeni iş yeri məlum oldu
Icma.az, Modern.az saytına istinadən bildirir.
Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yeni iş yeri məlum olub.
Modern.az xəbər verir ki, o, beynəlxalq konsaltinq şirkəti Policy and Management Consulting Group (PMCG)-da baş məsləhətçi vəzifəsinə təyin olunub.
Şirkətin açıqlamasına görə, Qriqoryan artıq yeni vəzifəsində fəaliyyətə başlayıb. Onun əsas məşğul olduğu məsələlərdən biri TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qiymətləndirmələrdir. Qeyd edək ki, Armen Qriqoryan 2018-2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. O, avqust ayında vəzifəsindən ayrılıb və başqa posta keçmək təklifindən imtina edib.
Policy and Management Consulting Group (PMCG) inkişaf etməkdə olan ölkələr üzrə çalışan beynəlxalq inkişaf konsaltinq şirkətidir. Şirkət idarəetmə, infrastruktur, nəqliyyat, enerji, iqtisadi inkişaf və institusional islahatlar kimi sahələrdə fəaliyyət göstərir. PMCG müxtəlif ölkələrdə hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıq edir. Şirkətin ABŞ, Gürcüstan, Ukrayna, Ermənistan, Özbəkistan, Polşa və İrlandiyada əlaqəli strukturları var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















