Arşavinin keçmiş arvadı futbolçunu fırıldaqçılıqda ittiham etdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya milli komandasının və "Arsenal"ın sabiq hücumçusu Andrey Arşavinin keçmiş arvadı Alisa futbolçunu fırıldaqçılıqda ittiham edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçu sabiq həyat yoldaşına avtomobil alarkən dələduzluğa əl atıb.
Qadının sözlərinə görə, Arşavin onun "Bentley" markalı maşınını satıb və əvəzində işlənmiş "Mercedes-Benz" alaraq, yerdə qalan pulu da mənimsəyib.
"Nəqliyyat vasitəsinin sənədlərini dərhal yoxlamaq ağlıma belə gəlmədi. Sonradan yoxladım. Maşınımın təzə olmadığını biləndə məəttəl qaldım. Məlum oldu ki, onun aldığı maşın 6 ay sürülüb", - deyə Alisa söyləyib.
Arşavin bundan əvvəl birinci həyat yoldaşı, teleaparıcı Yuliya Baranovskayaya ödədiyi alimentin məbləğinin azaldılması üçün məhkəməyə vəsatət göndərib. Baranovskaya və Arşavinin böyük oğulları Arseni bu yaxınlarda "Spartak Moskva"nın heyətində yeniyetmələr arasında paytaxt çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 30 Oktyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















