“Arsenal” bu futbolçu barədə qərarını verdi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin "Arsenal" futbol klubu heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. London təmsilçisi hazırda icarə əsasında komandada çıxış edən Piero İnkapienin transfer hüquqlarına tam sahib olmaq qərarına gəlib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ekvadorlu müdafiəçinin müqaviləsi iyunda birdəfəlik transferə çevriləcək. Bu məsələdə heç bir şübhə yeri qalmayıb. Müqavilənin ilkin mərhələdə icarə əsasında qurulması sırf maliyyə feyr-pleyi qaydaları ilə bağlı olub. Klub rəhbərliyi bu transferi daha əvvəl David Rayanın "Brentford"dan keçidində istifadə edilən analoji sxemlə reallaşdırıb.
"Arsenal" bu transfer üçün "Bayer"ə 52 milyon avro (104 milyon AZN) ödəyəcək. Bundan əlavə, Leverkuzen təmsilçisi futbolçunun növbəti satışından 10 faiz pay əldə edəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 Mart 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















