“Arsenal” bütün turnirlərdə altı oyundur məğlub olmur
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Londonun “Arsenal” klubu İngiltərə Kubokunun növbəti mərhələsində “Uiqan Atletik”i 4:0 hesabı ilə darmadağın edib. Bununla da “topçular” bütün turnirlərdə ardıcıl altı oyundur məğlubiyyət üzü görmür.
İdman.Biz xəbər verir ki, London təmsilçisinin bu seriyası Çempionlar Liqasının “Kayrat”la görüşündə qazanılan qələbə ilə başlayıb - həmin matçda “Arsenal” 3:2 hesabı ilə qalib gəlib. Daha sonra Mikel Artetanın komandası İngiltərə Premyer Liqasında “Lids Yunayted”i 4:0 hesabı ilə məğlub edib, ardınca Liqa Kubokunda “Çelsi”yə 1:0 hesabı ilə qalib gəlib.
Bundan sonra “topçular” Premyer Liqada “Sanderlend”i 3:0 hesabı ilə üstələyib və “Brentford”la 1:1 hesablı heç-heçə edib. Seriyanın son halqası isə “latiks” üzərində qazanılan qələbə olub.
“Arsenal” növbəti matçını fevralın 18-də səfərdə İngiltərə çempionatında “Vulverhempton”a qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 Fevral 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















