Arsenal la oxşarlığımız budur ki... LuisEnrike
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının mayın 30-da baş turacaq final oyununda "Arsenal" ilə üz-üzə gələcək PSJ-nin baş məşqçisi Luis Enrike həlledici oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu komandaların oyun üslublarının uzlaşmadığını düşünmürəm. "Arsenal" Mikel Artetanın qurduğu kollektivdir. O, Xosep Qvardiolanın topa nəzarət üzərində formalaşan ideologiyasından ilhamlanıb. "Arsenal"ın inanılmaz mübarizə ruhu, döyüş keyfiyyətləri var. Mikelin xarakteri komandaya hopub. Rəqib müdafiə olunmaq məharətinə görə neçə illərdir ki, Avropanın ən yaxşı komandasıdır. Onlar bir oyunçudan asılı deyillər. Standart vəziyyətlərdən çox yaxşı faydalanırlar. Az buraxıb çox vurmaq anlayışına sadiqdirlər.
Premyer Liqanın qalibi oldular. Onları təbrik edirəm. Əla mövsüm keçirdilər. Çempionluğa layiq idilər.
"Arsenal"la oxşarlığımız budur ki, hər ikimiz öz üstün tərəflərimizdən maksimum faydalanmağa çalışırıq. Bunun üçün topu özümüzdə saxlamağı vacib sayırıq. Təbii ki, biz də standart vəziyyətlərdən qol vurmağı sevirik. Amma daha çox topa nəzarəti itirməməyə, komanda şəklində rəqiblərin müdafiə xəttini yarmağa çalışırıq. Futbolçularımızın çox sayda fərdi keyfiyyətləri var, lakin onlar da komanda şəklində oynayırlar. Biz iki böyük komandadan danışırıq. "Bayern Münhen"i də nəzərə alsaq, bunlar hazırda Avropanın üç ən böyük komandasıdır. Onları üstələmək istəyiriksə, uyğunlaşmalı, adətən etdiyimizdən daha fərqli müdafiə olunmalı, fərqli oynamalıyıq".
Toğrul
Baxış sayı:191
Bu xəbər 29 May 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















