Icma.az
close
up
RU
“Arsenal” xal itirdi, amma “Liverpul”la aradakı fərq azaldı

“Arsenal” xal itirdi, amma “Liverpul”la aradakı fərq azaldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer-liqada 31-ci tur maraqlı qanunauyğunluqla müşayiət olundu.

"Football-plus.az" xəbər verir ki, ilk 5 pillədə qərarlaşan komandaların hamısı – “Liverpul”, “Arsenal”, “Nottingem Forest”, “Çelsi” və “Mançester Siti” xal itirdi. Eləcə də gələn mövsüm çempionşipdə oynayacaq komandalardan biri müəyyənləşdi.
“Everton” yenə “Arsenal”a “badalaq vura” bildi. İlk dövrənin oyunu 0:0 bitmişdisə, bu dəfə qollar da oldu. Arteta Edeqorla yanaşı, bəzi başqa əsas oyunçularını da ehtiyatda saxlamışdı. Görünür, onu ÇL-də “Real”la oyun daha çox düşündürür. “Gücə qənaət” rejimini seçən qonaqlar “Qudison Park”da o qədər də yüksək temp təklif etmədi. Bununla belə, “Arsenal” fasiləyə qədər hesabı aça bildi. 34-cü dəqiqədə Geyenin səhvindən sonra əks-hücuma çıxan “topçular”dan Trossar fərqləndi. Belçikalı fasilə ərəfəsində dubl da edə bilərdi, ancaq topu qapıdan azca aralı vurdu. “Everton”un da qol imkanları var idi. Konkret O`Brayen gözəl qol şansını boşa vürdi. 2-ci hissənin əvvəlində bir qədər də “artıran” liverpullular Harrisonun sayəsində penalti qazandı. Ndiay zərbəni soyuqqanlı şəkildə yerinə yetirdi. Arteta əvəzetmələr hesabına oyunun axarını dəyişməyə çalışsa da, yenilər də şansdan yararlana bilmədi. Edeqor, Saka və Martinellinin fərqlənmək arzusu boşa çıxdı. Nəticədə “Everton” heç-heçəni qorudu. “Arsenal” isə son 6 turda 4-cü dəfə xal itirdi.
Amma “topçular”ın bəxtindən “Liverpul” xal fərqini artıra bilmədi. Cari mövsümdə yalnız “Nottingem Forest” bu komandanı məğlub edə bilmişdi, özü də “Enfild”də. Bu dəfə isə ilk səfər məğlubiyyəti də qeydə alındı. Makallister 14-cü dəqiqədə hesabı açanda çoxlarına elə gəldi ki, favorit daha bir asan qələbə qazanacaq. Ancaq “Fulhem” gözlənilmədən coşdu. Sessenyon, İvobi və Muniz 23-37-ci dəqiqələr aralığında üç qol vurmaqla qonaqları şoka saldı. Belə sarsıdıcı zərbədən sonra “qırmızılar”ın özünə gəlməsi artıq çətin idi. Hər halda, onlar 72-ci dəqiqədə fərqi minimuma endirdi. Hesabı bərabərləşdirmək mümkün olmadı. Düzdü, “Liverpul”la “Arsenal” arasındakı xal fərqi yenə də yetərincə böyükdü (11). Sona isə cəmi 7 tur qalır. “Qırmızılar”ın çempionluğu əldən verməsi üçün möcüzə lazımdı.
ÇL-ə vəsiqə uğrunda mübarizə arapan komandalar da büdrədi. Səfərdə “Aston Villa”ya uduzan “Nottingem Forest” 3-cü pillədəki yerini qorudu. “Meşəçilər”i izləyən “Çelsi” və “Mançester Siti” hesabat turunda bir qol da vura bilmədi. “Zadəganlar” “Brentford”un qonağı idi. “Arılar” elə ilk dəqiqələrdən “Çelsi” üçün münasib rəqib olmadığını göstərməyə başladı. Vissanın zərbəsindən sonra top toru yandan silkələdi, tezliklə Damsqorla Mbemo da qol imkanını qaçırdı. Mareska 2-ci hissədə Cekson, Palmer və Netonu oyuna qoşdu. “Çelsi”nin bu oyunçularından hər biri fərqlənə bilərdi. 0:0 “Çelsi”yə “ÇL zonası”nda yerini itirmək bahasına başa gələ bilərdi. Bunun üçün “Mançester Siti”nin həmşəhərlilərini məğlub etməsi lazım idi. Bukmekerler MY-nin qələbəsini inanmırdılar, ancaq “Siti”nin da şansı yüksək qiymətləndirilmirdi. Daha doğrusu, Qvardiolanın komandasının qələbə şansı bir qədər yüksək idi. Görünür, bukmekerlər komandaların turnir vəziyyətini, son oyunları, itkiləri nəzərə alırdı. Ancaq derbilərdə rəqəmlər işləmir. MY ilk yarıda yetərincə inamlı təsir bağışladı, Qarnaço 100 yox, 200 faizlik imkanı qaçırdı. Fasilədən sonra da oyunun mənzərəsi ciddi şəkildə dəyişmədi. Ümumilikdə sürət bir qədər aşağı düşdü, komandalar səhv etmək qorxusu ilə daha ehtiyatlı oynamağa başladı. Təhlükəli vəziyyətlər əsasən standart vəziyyətlər və uzaqdan zərbələr hesabına yaranırdı. Sonda da “qırmızı şeytanlar” qələbəyə daha çox can atırdı. Sadəcə, bəzi epizodlarda onların futbolçularında ustalıq çatmadı. Oyun qolsuz bitdi ki, bu nəticə də nə Amorimi razı saldı, nə də Qvardiolanı.
“Tottenhem” – “Sauthempton” oyunu ilə bağlı da maraqlı məqamlar var. “Mahmızlar” premyer-liqada keçirdiyi son 5 oyunda ilk qələbəsini qazandı. Buna qədər onlar MS (0:1), “Fulhem” (0:2) və “Çelsi”yə (0:1) uduzmuş, “Bornmut” (2:2) ilə heç-heçə etmişdi. “Tottenhem” son qələbəsini fevralın 22-də “İpsviç” üzərində (4:1) qazanmışdı. Premyer-liqadan gedəcəyi rəsmiləşən “Sauthempton” yeni antirekord müəyyənləşdirdi. “Müqəddəslər”in çempionşipə yollanacağı sona 7 tur qalmış rəsmiləşdi ki, bu da premyer-liqa tarixinin antirekordudu. Onların 31 oyundan sonra cəmi 10 xalı var.
Turun qalan oyunlarına gəlincə, “Kristal Pelas” evdə “Brayton”u, “Vulverhempton” səfərdə “İpsviç”i məğlub etdi. “Vest Hem” – “Bornmut” oyununda məhsuldar heç-heçə (2:2) qeydə alındı. Dünən axşam keçirilən son oyunda isə “Nyukasl” “Lester”i darmadağın etdi.
31-ci tur
Fulhem – Liverpul 3:2

Sessenyon, 23. İvobi, 32. Muniz, 37 – Makallister, 14. Dias, 72. (27770)
Liverpul: Kelleher, Cons, Konate (Bredli, 67), Van Diyk, Robertson (Kyeza, 82), Qravenberx, Makallister, Salah, Soboslai (Elliott, 55), Qakpo (Dias, 55), Jota (Nunyes, 67).
Everton – Arsenal 1:1
Ndiay, 49-p. – Trossar, 34. (39316)
Arsenal: Rayya, Kivyor, Saliba, Uayt (Timber, 62), Lüis-Skelli (Tirni, 75), Nvaneri (Saka, 46), Jorjinyo (Edeqor, 71), Rays, Sterlinq (Martinelli, 46), Trossar, Merino.
Brentford – Çelsi 0:0
(17183)
Çelsi: Sançes, Ceyms (Kukurelya, 77), Adarabioyo, Çaloba, Hüsto, Kaysedo, Fernandes, Madueke (Neto, 59), Dyusberi-Holl (Palmer, 59), Sanço, Nkunku (Cekson, 46).
Mançester Yunayted – Mançester Siti 0:0
(73738)
MY: Onana, Yoro, Maquayr (Lindelöf, 58), Mazraui, Dalot, Uqarte (Maunt, 71), Kazemiro, Dorqu, Fernandeş, Qarnaço, Heylunn (Zirkzee, 71).
MS: Ederson, Nunyeş, Diaş, Qvardiol, O’Rayli (Lüis, 74), Gündoğan (Qriliş, 74), Kovaçiç, B.Silva, De Bruyne, Marmuş, Foden (Dokyu, 58).
Tottenhem – Sauthempton 3:1
Conson, 13; 42. Tel, 90+5-p. – Fernandeş, 90. (60984)
Tottenhem: Vikario, Porro, Romero, Devis, Spens, Berqvall (Qrey, 80), Bentankur (Sarr, 57), Meddison (Bissuma, 80), Conson, Solanke (Tel, 87), Son Hın Min (Odober, 57).
Kristal Pelas – Brayton 2:1
Mateta, 3. Munyos, 55 – Uelbek, 31. (24564)
İpsviç – Vulverhempton 1:2
Delap, 16 – Sarabiya, 72. Strand Larsen, 84. (29549)
Vest Hem – Bornmut 2:2
Füllkruq, 61. Bouen, 68 – Evanilson, 38; 79. (62549)
Aston Villa – Nottingem Forest 2:1
Rocers, 13. Malen, 15 – J.Silva, 58. (42743)
Lester – Nyukasl 0:3
Mörfi, 2; 11. Barns, 34. (30403)
1. Liverpul 31 22 7 2 72-30 73
2. Arsenal 31 17 11 3 56-26 62
3. Nottingem F. 31 17 6 8 51-37 57
4. Çelsi 31 15 8 8 54-37 53
5. Nyukasl 30 16 5 9 52-39 53
6. Mançester S. 31 15 7 9 57-40 52
7. Aston Villa 31 14 9 8 46-46 51
8. Fulhem 31 13 9 9 47-42 48
9. Brayton 31 12 11 8 49-47 47
10. Bornmut 31 12 9 10 51-40 45
11. Kristal Pelas 30 11 10 9 39-35 43
12. Brentford 31 12 6 13 51-47 42
13. Mançester Y. 31 10 8 13 37-41 38
14. Tottenhem 31 11 4 16 58-45 37
15. Everton 31 7 14 10 33-38 35
16. Vest Hem 31 9 8 14 35-52 35
17. Vulverhempton 31 9 5 17 43-59 32
18. İpsviç 31 4 8 19 31-65 20
19. Lester 31 4 5 22 25-70 17
20. Sauthempton 31 2 4 25 23-74 10
Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS) - 21, İsak (Nyukasl) – 20, Vud (Nottingem Forest) - 18, Mbemo (Brentford) – 16.
Növbəti turun oyunları aprelin 12-14-ü aralığında keçiriləcək: Mançester Siti – Kristal Pelas, Brayton – Lester, Nottingem Forest – Everton, Sauthempton – Aston Villa, Arsenal – Brentford, Çelsi – İpsviç, Liverpul – Vest Hem, Vulverhempton – Tottenhem, Nyukasl – Mançester Yunayted, Bornmut – Fulhem.
Turun rəqəmi
1 – “Kristal Pelas” “Brayton” üzərində 9 nəfərlə qələbə qazandı ki, bu da premyer-liqa tarixində ilk belə haldı. 78-ci dəqiqədə forvard Nketia, 90-cı dəqiqədə müdafiəçi Qexi qovuldu. “Brayton”un heyətində isə 6-cı uzatma dəqiqəsində Van Hekke belə sərt cəzalandı. Premyer-liqa tarixində ilk dəfə ev sahibi komanda iki qırmızı vərəqə aldığı oyunda qələbə qazandı.
Turun ulduzu
Aleks İvobi (Fulhem) – nigeriyalı yarımmüdafiəçisi “bağbanlar”ın lider üzərindəki qələbəsində müstəsna rol oynadı. Meydanda olduğu 82 dəqiqə ərzində dayanmadan çalışdı. “Fulhem” mövsümün sonunda avrokuboklara vəsiqə qazansa da, təriflənəcək oyunçulardan biri də İvobi olacaq.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi: “Hədəfimiz gələn il nəticə qazanmaqdı. Ağılsız deyiləm və anlayıram ki, titul qazana bilmərik. Ancaq yenidənqurma üçün bizə bir neçə il lazım gələcəyi haqda söhbətlərdən də yorulmuşam. Artıq gələn il sıçrayış etməyə hazırıq. Bu il çox şeyi qurban veririk ki, gələn il nəticə qazanaq”.
Faktlar
* “Liverpul”un premyer-liqadakı məğlubiyyətsiz oyunlar seriyasına son qoyuldu. Slotun komandası sonuncu dəfə sentyabrın 14-də evdə “Nottingem Forest”ə 0:1 hesabıyla uduzmuş, o gündən bəri keçirdiyi 26 oyunda məğlubiyyət tanımamışdı.
* “Liverpul” son 4,5 ildə ilk dəfə premyer-liqa matçında bir hissədə üç qol buraxdı. Mersisaydlılar sonuncu dəfə belə aqibətlə 2020-ci ilin oktyabrında üzləşmişdi. Onda “Aston Villa” bu komandanı darmadağın etmişdi (4:1).
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Çox çətin 14 dəqiqəlik bölüm keçirdik, üç qol buraxdıq. “Fulhem”in ustalığını və imkanlardan yararlanmaq bacarığını nəzərə almasaq, bu qollar əsasən səhvlərimizlə bağlı idi. Belə səhvlərimizin sayı az olur. Amma bir oyunda üç dəfə səhv etmək... İkinci hissədə daha yaxşı oynasaq da, ilk yarıda buraxılan üç qoldan sonra oyunu xilas etmək çətin idi. Təəssüf ki, 3-cü qolu vurmaq üçün vaxtımız çatmadı. Adamlar fərqli tarixçələr düşünə bilər, bu onların işidi. “Fulhem”ə qarşı oynamaq çox komanda üçün çətindi”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Penaltidən qol buraxdıq, fikrimcə, həmin epizodda penalti yox idi. Təmas cərimə meydançasının daxilində yox, xaricində olmuşdu. Bu vəziyyətə 15 dəfə baxdım, düşünürəm ki, heç cür penalti verilə bilməzdi. Penaltidən sonra “Arsenal” yenə dominantlıq etdi. Hədsiz yüksək sürət yığa bilmədik. Ona görə ki, futbolçularımızın yersiz qayda pozuntuları üzündən oyun tez-tez dayanırdı. Qələbə topunu vurmaq üçün iki gözəl imkanımız oldu, ancaq bunları boşa verdik. Bununla barışmaqdan başqa yolumuz yoxdu. Düşünürəm ki, daha artığına layiq idik, ancaq olan oldu”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Səbəb odu ki, biz cümə axşamı oynamışdıq. Heç də bütün oyunçular 100 faiz hazır deyildi. İdeya ondan ibarət idi ki, bir cür başlayaq, fərqli üslubda davam etdirək. Demək olar ki, planımız işlədi. Mən ona görə burdayam ki, klub və oyunçular üçün mümkün olan hər şeyi edim. Hər gün oyunçularla çalışıram, onların hansı formada olduğunu bilirəm”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Son oyunlarda yetərincə yaxşı təsir bağışlayırıq. Biz topu itirəndə rəqib asanlıqla cəzalandırır. Düşünürəm ki, Ruben Amorim qeyri-adi taktiki sxem qurmağa çalışır. Bəlkə də “Mançester Yunayted” əks-hücumlara meyilli komandadı”.


Yeri gəlmişkən..
"Sauthempton" baş məşqçi İvan Yuriçlə yolları ayırıb. Buna komandanın premyer-liqada qalmaq şansını itirməsi səbəb olub. Xorvatiyalı mütəxəssis ötən ilin dekabrında bu posta təyin olunmuşdu.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see356

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see159

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see119

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see119

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see117

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see112

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Polis təbiətin də keşiyindədir

14 İyul 2025 17:33see110

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri