Icma.az
close
up
RU
Artan avtomobil parkında üstülük təşkil edən köhnə maşınlar Qiymətlər 20 faiz bahalaşa bilər

Artan avtomobil parkında üstülük təşkil edən köhnə maşınlar Qiymətlər 20 faiz bahalaşa bilər

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda avtomobillərin sayı sürətlə artır, lakin artımın təxminən yarısını 20 ildən çox yaşı olan köhnə nəqliyyat vasitələri təşkil edir. Rəsmi məlumatlara görə, ölkədəki 1 milyon 950 mindən çox avtomobilin 885 683-ü artıq 20 ildən çoxdur istehsal olunub.

Bəs avtomobil parkında hələ də köhnə maşınların üstünlük təşkil etməsi nəyi göstərir və onların mərhələli şəkildə dövriyyədən çıxarılması üçün hansı tədbirlər görülə bilər?

Qaynarinfo-nun suallarını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu vəziyyətin bir neçə səbəbi var:

"Ölkəmizin avtomobil parkı 2015–2016-cı illərdə manatın devalvasiyasından sonra sürətlə köhnəlməyə başladı. O dövrdə dollara nisbətən manatın kursu düşdüyü üçün yeni avtomobillərin qiymətləri əhəmiyyətli dərəcədə artdı. Məsələn, 19 000 manata satılan avtomobilin qiyməti 30 000 manata qədər bahalaşdı. Nəticədə insanlar yeni avtomobil almaq əvəzinə köhnə avtomobil almağa üstünlük verdilər. Bundan əlavə, yeni avtomobil almaq istəyən vətəndaşlar üçün kredit şərtləri hələ də əlverişli deyil. Hətta yüksək maaş alan şəxslər belə kreditlə yeni avtomobil ala bilmir".


Həmsöhbətimiz qeyd edib ki, dövlət bu problemləri də nəzərə alaraq, avtomobil parkının yenilənməsi üçün stimullaşdırıcı tədbirlər gördü:

"Ölkəyə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri gömrük və vergidən müəyyən rüsumlarla azad edildi, yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına isə məhdudiyyət qoyuldu. Bu addımlar nəticəsində avtomobil parkının köhnəlməsinin müəyyən dərəcədə qarşısı alındı. Köhnə avtomobillərin mərhələli şəkildə dövriyyədən çıxarılması üçün dövlət tərəfindən utilizasiya proqramı qəbul olundu və Utilizasiya Fondu yaradıldı. Artıq cətəndaşlar könüllü şəkildə avtomobillərini utilizasiyaya verə bilirlər".

Eldəniz Cəfərov əlavə edib ki, 2026-cı il yanvarın 1-dən idxal olunan yeni ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğv olunması gözlənilir:

"Əgər bu baş verərsə, hibrid və elektromobillərin qiyməti ən azı 20 faiz bahalaşacaq və bu, ölkə daxilindəki avtomobil qiymətlərinə də təsir edəcək. Nəticədə insanlar yenidən köhnə avtomobillərə üstünlük verməyə başlaya bilər. Düşünürəm ki, güzəştlər ləğv edilməsin və avtomobil parkının köhnəlməsinin qarşısını almaq üçün tədbirlər ən azı 3 il daha davam etsin, bu, ölkədə avtomobil parkının müasirləşdirilməsi üçün daha effektiv olar".

Günay İlqarqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri