Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Artan büdcə, sərmayələr və qiymətlər

Artan büdcə, sərmayələr və qiymətlər

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

2025-ci ilin ilk 7 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Maliyyə Nazirliyinin məlumatına əsasən, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 846 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 480,9 milyon manat təşkil edib ki, bu da yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 560,8 milyon manat təşkil edərək proqnozdan 598,0 milyon manat və ya 6,0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488,0 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 589,2 milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub. Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 586,9 milyon manat proqnoza qarşı 19 944,6 milyon manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.

İqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların marağı artıb. Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri “Moody’s”, “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır, ölkəmizin kredit reytinqi yüksəlir. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28.6% artaraq 2 mlrd. manatdan çox olub. Bu ilin birinci yarısında özəl investisiyalar 16.5% artaraq 4.1 mlrd. manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27.8% artaraq 2.2 mlrd. manata yaxın olub. Ümumilikdə cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 12%-dən çox artaraq 30.2 mlrd. manatı ötüb.

2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15,0 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

İnvestisiyalar artsa da, sənayedə geriləmə qeydə alınıb. Bu, neft sektorunda istehsalın azalması ilə bağlıdır. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında 36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb. Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,2 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,2 faiz, əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, qida məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,6 faiz, tütün məmulatlarının istehsalı 8,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 1,4 faiz artıb. İçkilərin istehsalı 1,2 faiz, mebel istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 5,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12 faiz, elektrik avadanlıqlarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 12,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 20 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,3 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 28,1 faiz, geyim istehsalı isə 38,3 faiz azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz artıb.

Bu arada ölkədən xaricə də sərmayə axını qeydə alınır. Belə ki, Azərbaycan 2025-ci ilin birinci yarısında Türkiyə iqtisadiyyatına ən çox birbaşa xarici investisiya yatıran ölkələr sırasındadır. Bu barədə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin rəhbəri Burak Dadlıoğlunun cari ilin yanvar-iyun ayları üçün qardaş ölkənin iqtisadiyyatına qoyulan investisiyalara dair bəyanatında deyilir. onun sözlərinə görə, cari ilin ilk 6 ayında Türkiyəyə ən böyük birbaşa xarici investisiya Niderlanddan daxil olub. Sonrakı yerlərdə Qazaxıstan, ABŞ, Almaniya və Azərbaycan qərarlaşıb. “İlin birinci yarısında Türkiyəyə ümumilikdə 6,3 milyard dollar birbaşa xarici investisiya yatırılıb ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 27,1% çoxdur. Bu, investorların hökumətin iqtisadi proqramına inamının daha bir sübutudur”, -deyə Türkiyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.Türkiyə Xarici İnvestorlar Dərnəyinin (YASED) məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında bu ölkənin iqtisadiyyatına birbaşa xarici investisiyaların 5%-i Azərbaycanın payına düşüb. Ümumilikdə, 2002-ci ildən bu günə qədər Türkiyə iqtisadiyyatına 281 milyard birbaşa xarici investisiya yatırılıb.

Bunlarla yanaşı, ölkədə 1% ətrafında iqtisadi artım meyilləri də müşahidə edilir. 2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7076,9 manata bərabər olub.

Bəs qiymətlər necə dəyişib? Hər halda bahalaşma diqqət çəkməyə bilməz. Rsəmi statistikaya əsasən, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 105 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz olub. Bu ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.Daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

M.Həmzəoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Avqust 2025 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see267

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see264

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see258

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see243

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see243

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see232

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see222

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see222

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see218

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see218

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see216

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see211

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see210

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see210

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see208

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see204

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see197

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see176

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri