Icma.az
close
up
RU
Artan beynəlxalq nüfuz və iqtisadi güc Azərbaycanı regionda bərabərhüquqlu oyunçuya çevirib ŞƏRH

Artan beynəlxalq nüfuz və iqtisadi güc Azərbaycanı regionda bərabərhüquqlu oyunçuya çevirib ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 oktyabr, AZƏRTAC

Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü son aylarda iki ölkə arasında gərginləşən münasibətlər fonunda dönüş nöqtəsi hesab oluna bilər. Görüşün əsas məqamı Rusiya tərəfindən mülki təyyarəmizin vurulmasına görə Vladimir Putinin rəsmi şəkildə üzr istəməsi oldu. Bu addım həm diplomatik, həm də psixoloji baxımdan Moskvanın münasibətləri normallaşdırmaq niyyətini göstərir. Təcrübədən məlumdur ki, Rusiyanın belə hadisəyə görə rəsmi şəkildə üzr istəməsi çox nadir haldır. Kreml, adətən, məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir, “üçüncü qüvvələr”i günahlandırır və ya hadisəni “texniki səhv” kimi təqdim etməyə çalışır. Bu mənada Vladimir Putinin şəxsən üzr istəməsi Moskvanın Azərbaycanla münasibətlərin pozulmasının Rusiya üçün arzuolunmaz siyasi vəziyyət yaratdığını dərk etdiyini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, 2020-ci il Qarabağ Zəfərindən sonra bəzi dövlətlər - xüsusilə İran, Fransa və Bayden administrasiyası dövründə Amerika Birləşmiş Ştatları (ABŞ) - Azərbaycanın artan gücünü və yaratdığı yeni siyasi konfiqurasiyanı qəbul etməkdə çətinlik çəkirdi. Onlar müxtəlif yollarla təzyiq göstərməyə çalışsalar da, sonda bunun nəticə vermədiyini görərək bərabərhüquqlu əməkdaşlıq yolunu seçməyə məcbur oldular. Vladimir Putinin bu addımı da Kremlin regionda dəyişən reallıqları qəbul etdiyini göstərir: “Rusiya artıq Cənubi Qafqazda əvvəlki hegemon rolunu itirib və Azərbaycanın artan nüfuzunu nəzərə almadan siyasət yürütməyin mümkünsüz olduğunu anlayır. İki ölkə rəhbərlərinin görüşünün nəticəsi, əslində, Azərbaycanın 2020-ci ildən bəri formalaşdırdığı regional balansın diplomatik təsdiqi oldu. Azərbaycanın mövqeyi və məqsədi həm dünyada, həm də Cənubi Qafqazda sabitlik və balansın qorunmasıdır. Prezident İlham Əliyevin görüş zamanı nümayiş etdirdiyi təmkinli, lakin prinsipial mövqe Bakının davamlı diplomatik xəttinə uyğun idi. Ölkəmiz son illərdə regional siyasətdə balanslı yanaşma nümayiş etdirərək, ABŞ, Avropa İttifaqı, Türkiyə, İran, Orta Asiya və Çinlə əməkdaşlığını gücləndirir, əsassız qarşıdurmalardan və gərginliklərdən uzaq durur. Prezident İlham Əliyevin konstruktiv, amma qətiyyətli mövqeyi göstərir ki, Bakı artıq “bərabər tərəfdaş” statusunda çıxış edir və münasibətlərdə qarşılıqlı hörməti əsas tutur. Eyni zamanda, bu görüş Azərbaycanın regional sabitlikdə oynadığı mühüm rolu bir daha önə çıxardı. Bakı həm enerji marşrutlarının, həm də nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək Qərb–Şərq və Şimal–Cənub istiqamətləri üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan hər tərəflə açıq siyasət yürüdərək birləşdirici və əlaqələndirici mərkəz rolunu oynayır. Bu reallıq ölkəmizi regionda danılmaz güc mərkəzinə çevirib”.

Yalçın Hacızadə əlavə edib ki, bu görüş təkcə iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. “Rusiya Ukrayna müharibəsində dərin böhranla üzləşdikcə regiondakı əvvəlki təsir gücünü itirir, Azərbaycan isə həm iqtisadi, həm hərbi, həm də diplomatik cəhətdən mövqelərini möhkəmləndirir. Bu vəziyyətdə Moskva Bakı ilə münasibətlərin gərginləşməsinin öz maraqlarına zidd olduğunu anlayır.

Qərb ölkələrinin, xüsusilə Türkiyənin regionda artan rolu da Moskvanın hesablamalarına təsir göstərib. Azərbaycan–Türkiyə tandemi və Türk Dövlətləri Təşkilatının hərbi-siyasi gücə çevrilməsi artıq regional təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevrilib. Buna görə də Rusiya üçün Azərbaycanla münasibətləri normallaşdırmaq strateji zərurətə çevrilib. Bu görüşdən sonra iki ölkə arasında münasibətlərin tədricən istiləşməsi, Rusiyanın təhdid ritorikasından əl çəkməsi gözlənilir. Azərbaycanın artan beynəlxalq nüfuzu və iqtisadi gücü onu regionda bərabərhüquqlu oyunçuya çevirib, Moskva da bunu qəbul etməyə məcburdur. Bu vəziyyət gələcəkdə ikitərəfli əlaqələrin daha sağlam əsaslar üzərində formalaşmasına şərait yarada bilər”, - deyə o diqqətə çatdırıb.

Politoloq deyib ki, Düşənbə görüşü diplomatik baxımdan həm Rusiya, həm də Azərbaycan üçün mühüm sınaq idi:”Vladimir Putin üzr istəməklə etimadı qismən bərpa etdi, Prezident İlham Əliyev isə dövlətinin nüfuzunu qorumaqla yanaşı, konstruktiv dialoqa açıq olduğunu göstərdi. Bu görüş, çox güman ki, Bakı–Moskva münasibətlərində yeni bir səhifənin başlanğıcı olacaq. Azərbaycanla artıq heç kim şantaj və təhdid dilində danışa bilməz. XXI əsrin Cənubi Qafqaz siyasətində “böyük qardaş–kiçik qardaş” modeli tarixə qovuşur. Onun yerini qarşılıqlı maraqlar, iqtisadi əlaqələr və hörmətə əsaslanan yeni əməkdaşlıq mərhələsi tutur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri