Icma.az
close
up
RU
Boşalan kəndlər, işsizlik, artan qiymətlər... Deputatlar problemləri sadaladılar

Boşalan kəndlər, işsizlik, artan qiymətlər... Deputatlar problemləri sadaladılar

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisdə büdcə müzakirələri davam edir -  Komitə sədrinin sualı: “Gələn il qiymətlər artacaq?”

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb. Deputatlar büdcə ilə bağlı fikirlərini səsləndirib, təkliflərini veriblər. Deputat Vüqar Bayramov bildirib ki, 2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir: “Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri neft-qaz sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır”.

Komitə sədri: “Hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır”

Deputat çıxışı zamanı bir sıra təkliflər səsləndirib: “Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı. Əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı. Nazirləri Kabinetindəki təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir” – deyə V. Bayramov vurğulayıb.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov isə çıxışında deyib ki, Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbəyə kredit vermək üçün müəyyən dəyişikliklər etməlidir. Deputat həmçinin qeyd edib ki, hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır: “Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir. Bununla bağlı köklü qərarların qəbuluna ehtiyac var.  Hesab edirəm ki, pedoqoji təhsilli gənclərin kənd və rayonlarına göndərilməsinə mane olan səbəblər tamamilə aradan qaldırılmalıdır. Müəllimlərin sertifikasiyası müəllim nüfuzunun artırılması, savadlı müəllim probleminin həlli üçün vacibdir. Bu istiqamətdə şəffaflığın artırılmasına daha çox ehtiyac var”.

“Hər il kifayət qədər məktəb və bağça tikilir, təmir olunur. Bu istiqamətdə büdcənin artırılmasına ehtiyac var” – deyə komitə sədri təkliflərini səsləndirib.

“Ərzaq məhsullarının qiymət artımı ciddi narahatlıq doğurur”

“Büdcə sənədi yalnız hökumətin məsuliyyəti deyil, həm də onu qəbul edən Milli Məclisin məsuliyyətidir. Bu baxımdan bizim yanaşmamızda prioritet prinsip odur ki, büdcə sənədi ölkə qarşısında duran riskləri düzgün təsbit etsin və bu risklərin optimal qarşılanması yollarını müəyyən etsin”. Bu sözləri çıxışında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu risklərin başında, şübhəsiz, müdafiə və təhlükəsizlik riski dayanır: “Komitə sədri Azər Əmiraslanovun haqlı olaraq vurğuladığı kimi, bu, ilk növbədə təhlükəsizlik büdcəsidir. Büdcə xərclərinin 8,7 milyard manatı bu istiqamətə yönəldilib. Bu məbləğ həm hazırkı beynəlxalq vəziyyətdən qaynaqlanan və gələcəkdə ola biləcək müharibə riskinin və müəyyən qarşıdurmaların riskinin olmasını nəzərə alaraqson dərəcə əsaslı addımdır”.

“Sosial xərclər büdcənin 41%-ni təşkil edir. 17 milyard manatlıq sosial yönümlü xərclər ötən illə müqayisədə 2,4 milyard manat artırılıb. Hazırda Azərbaycan əhalisinin yalnız 5,5%-i 2 min 500 manatdan yuxarı əməkhaqqı alır. 1,5 milyon nəfər isə 2 min 500 manatdan aşağı maaş alır. Bu isə ölkədə az təminatlı əhalinin sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Belə olan halda, sosial xərclər dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Muzlda işləyənlərin sayının 1,8 milyon nəfər olması gələcəkdə sosial sığorta haqlarının toplanmasında müəyyən çətinliklərin ola biləcəyindən xəbər verir”, - deputat əlavə edib.

F.Mustafa qeyd edib ki, üçüncü vacib məsələ ərzaq təhlükəsizliyi riskidir: “Ərzaq məhsullarının qiymət artımı ciddi narahatlıq doğurur. Maraqlıdır ki, Azərbaycan əhalisinin 36%-i kənd təsərrüfatı sektorunda çalışsa da, bu sahənin ümumi daxili məhsuldakı payı cəmi 6% təşkil edir. Bu, Avropa ölkələri ilə müqayisədə çox aşağı bir göstəricidir. Üstəlik, kənd təsərrüfatında çalışanların sayı da azalma tendensiyası göstərir”.

“Gələn il üçün yanacağın qiymətləri ilə bağlı ictimaiyyətdə suallar var”

 “Cərimələr, vergi dərəcələrinin artırılması, güzəştlərin ləğvi və ixtisarlarla bağlı sosial mediada gündəlik tirajlanan fərziyyələr sosial bədbinlik yaratmağa, büdcə layihəsini ictimai müdafiədən məhrum etməyə yönəlib. Halbuki əhali ilə kommunikasiyanı gücləndirərək, nailiyyətləri izah etməklə yanaşı, problemləri də açıq söyləməliyik ki, dövlətin siyasəti xarici düşmən tribunalarından qorxulu ssenarilər kimi təqdim olunmasın”. Bu sözləri isə çıxışında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Millət vəkili qeyd edib ki, əhalinin illik 100 min nəfər demoqrafik artımı ilə yanaşı, Rusiya–Ukrayna müharibəsi fonunda ölkəyə qayıdanların sayında son 5 ildə 18 yaşdan yuxarı əhali 1,2 milyon nəfərdən çox yüksəlib: “2020-ci ildə 5,2 milyon olan seçici sayı 2024-cü ildə 6,45 milyon nəfərə çatıb. Deməli, uzun illərin emiqrasiya axınında əks proses gedir. Qayıdanların sosial statusu, bacarıq və təcrübə məlumatlarının toplanması, iqtisadi mexanizmlərlə onların doğulduqları bölgələrə yönəldilməsi gərəkdir. Orta illik temperaturun iqtisadi zonalar üzrə fərqli olduğunu nəzərə alıb, sərhəd kəndlərində elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təkcə sosial deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyan daxili miqrasiyanı tarazlaşdırar, büdcəyə ciddi itkilər yaşatmazdı. Gələn il üçün yanacağın qiymətləri ilə bağlı ictimaiyyətdə suallar var. Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb. Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalı barədə aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı”.

“Sərhədlərin açılmasına hazır olmalıyıq”

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir: “Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir: əhali məskunluğu aparılmadığı bir şəraitdə 500-dən artıq obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb”.

“8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin “Əsrin neft müqaviləsi” kimi yeni yüzilin tarixi anlaşmasıdır. Razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq", - Z.Oruc əlavə edib.

“Bölgələrdəki tibb məntəqələrinin böyük bir hissəsi istifadəyə yararsız vəziyyətdədir”

Səhiyyə komitəisinin sədri Əhliman Əmriaslanov isə bildirib ki, növbəti ildə daha 8 dövlət proqramı İcbari Tibbi Sığorta hesabına həyata keçiriləcək: “Bu proqramlar tibb sahəsinin kifayət qədər ağır və yüksək maliyyət tələb edən istiqamətlərinə aid edilir. Həmin proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz və digər 4 klinik sahəni əhatə edəcəkdir. Bununla da İcbari Tibbi Sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramı qalır ki, onlardan biri onkologiyadır. Bu proqramların da İcbari Tibbi Sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur”.

Komitə sədri bildirib ki, insanları narahat edən əsas məsələlərdən biri də ilkin tibbi xidmət səviyyəsinin aşağı olmasıdır: “Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdəki tibb məntəqələrinin böyük bir hissəsi istifadəyə yararsız vəziyyətdədir. Ciddi kadr çatışmazlığı var. İlkin tibbi xidmətin ölkəmizdəki vəziyyəti ilə bağlı Milli Məclisdə Səhiyyə Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in iştirakı ilə geniş dinləmə keçirilmişdir. Pilot rayon da müəyyən edilmişdir. Problemin həlli istiqamətində ilkin addımlar atılmağa başlanılmış, lakin bu sahədə görülən işlərin sürətləndirilməsinə ciddi ehtiyac var”.

Yeni fond yaradılması təklifi var

“Proqnozlar neftin 1 bareli üçün 65 ABŞ dolları qiymətindən çıxış etməklə, mühafizəkar neft qiyməti fərziyyəsinə əsaslanır. Bu, gəlirlərin planlaşdırılmasında ehtiyatlılıq prinsipinin qorunduğunu təsdiq edir”, - deyən deputat Tahir Mirkişili həmçinin büdcə layihəsi ilə bağlı bir neçə təklif irəli sürüb: “Birincisi, təklifim qeyri-neft gəlirlərinin artırılması üçün məhsuldarlığa əsaslanan vergi siyasəti ilə bağlıdır. Hesab edirəm ki, ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər. Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzsiz rol oynaya bilər. Nümunə üçün deyim ki, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini verməyə başlamışdır”.

“Eyni zamanda, rəqəmsal iqtisadiyyat və innovasiya fondu barədədir. Hesab edirəm ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər. Prezident cənab İlham Əliyevin Elmlər Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da bu addım həmçinin, xeyli faydall ola bilər. Həmçinin güzəşt siyasətinin nəticə əsaslı qiymətləndirilməsi təklifi . Düşünürəm ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər”, – deyə o qeyd edib.

Deputat Baş nazirdən xahiş etdi: “Bu rayonun 60 faizi hələ də qazlaşdırılmayıb”

Deputat Əli Məsimli qeyd edib ki, büdcə postmüharibə dövrünün prioritetlərini lazımi şəkildə ifadə edir: “Bununla belə, 2026-cı ilin büdcəsi 2025-ci ilin büdcəsindən bir sıra cəhətlərinə görə fərqlənir. Onların sırasında vacib hesab etdiyim bir məqamı qeyd etmək istəyirəm: Neft Fondunun transfertlərinin azaldılması hesabına büdcənin neftdən asılılığının azaldılmasıdır. Hesab edirəm ki, bu, fövqəladə dərəcədə strateji, ciddi iqtisadi məsələdir və böyük perspektivləri var. Amma son 10 ilin statistikasına baxdıqda görürük ki, bir neçə dəfə bu istiqamətdə cəhdlər olub, lakin növbəti illərdə təkrarən Neft Fondundan əlavə vəsait cəlb olunmasına ehtiyac yaranıb. Buna görə də bu dəfə həmin prosesə dönməz xarakter vermək məqsədilə 2025-ci ildə 14,5 milyard manat, 2026-cı ildə 12,8 milyard manat, 2029-cu ildə isə 6 milyard manata enməsi nəzərdə tutulur. Bu istiqamətdə Neft Fondundan transfertin azaldılması üçün bir-biri ilə əlaqələndirilmiş iqtisadi, institusional, struktur və hüquqi islahatların həyata keçirilməsi və büdcə zərfində nəzərdə tutulan tədbirlərin dolğun şəkildə icra edilməsi üçün monit, fiskal və stimullaşdırıcı siyasətin effektiv kombinasiyasına nail olmaq lazımdır”.

“12 noyabr tarixində Azərbaycan Prezidenti yeni təyin olunmuş icra başçılarını qəbul edərkən yerlərə münasibətdə iqtisadi, sosial və ekoloji amillərin kompleks şəkildə nəzərə alınması məsələsini gündəmə gətirdi. Burada da qeyd olundu ki, regionlarda hələ də insanları narahat edən bir sıra məsələlərin həlli sürətləndirilməlidir və bu məsələlər büdcədə öz əksini tapmalıdır. Burada işsizliyin aradan qaldırılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, ekoloji məsələlərə diqqətin artırılması xüsusilə vurğulandı. Bu kontekstdə qeyd etmək istərdim ki, Şəki rayonunun 20-dən çox, Qax rayonunun isə 57 yaşayış məntəqəsindən 33-ü, yəni təqribən 60%-i hələ qazlaşdırılmayıb. Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə Qaxda İlisu Milli Parkı yaradılır  bu, çox möhtəşəm, unikal bir hadisədir. Bu səbəbdən hörmətli Baş Nazirin burda iştirakından istifadə edərək məsələ qaldırıram ki, İlisu parkına daxil olan kəndlər də daxil olmaqla həmin ərazilərin qazlaşdırılması, abadlaşdırılması, işıq, su, qaz təchizatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, tarixi-mədəni abidələrin bərpası və digər mövcud problemlərin həlli istiqamətində sistemli işlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilsin", - o qeyd edib.

Gələn ilin dövlət büdcəsinin müzakirələri sabah davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see279

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see256

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see141

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see131

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see121

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see119

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri