Icma.az
close
up
RU
Naxçıvanda artan büdcə daxilolmaları mərkəzi büdcədən asıllığı azaldır FOTO

Naxçıvanda artan büdcə daxilolmaları mərkəzi büdcədən asıllığı azaldır FOTO

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi 2024-cü ildə büdcəyə daxilolmalar barəsindəki məlumatında qeyd edirdi ki, İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib. Bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır. 2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya 72,6 faiz artıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı bağlı “nuhcixan.az”a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Naxçıvan Muxtar Respublikasında büdcə daxilolmalarındakı artımın əsas səbəbi muxtar respublika iqtisadiyyatında hesabatlığın və şəffaflığın təmin olunması ilə bərabər ciddi addımların atılmasıdır.
2024-cü il üzrə büdcə daxilolmalarının 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz artmasının əsas səbəbi iqtisadiyyatın ağardılması və şəffaflaşdırılmasıdır.
İqtisadçının fikrincə, 2025-ci ildə bu artım göstəricilərinin 15-20 faiz ətrafında olma ehtimalı var
Bunun nəticəsi olaraq həm dövlət vergi xidmətinin xətti ilə, həm də icarələr, özəlləşdirmələr və digər istiqamətlərdən daxilolmaların həcmində olan artımlar burada şəffaflaşdırma elementlərinin çox olduğunu göstərir. Və növbəti dönəmdə də şübhə yoxdur ki, bu artım şəffaflaşdırma istiqamətində təmin olunacaq. Bu statistikaya nəzər saldıqda təxmini proqnoz vermək olar ki, 2025-ci ildə bu artım göstəricilərinin 15-20 faiz ətrafında olma ehtimalı var. Bu artımın üzərinə iqtisadiyyatın özünün təbii şəkildə inkişafından əldə olunan uğurlar transfer edilərsə, o zaman hesab etmək olar ki, dayanıqlıq daha yaxşı səviyyədə təmin olunacaq.
Həmçinin Naxçıvanın coğrafi mövqeyi, gələcəkdə Zəngəzur dəhlizinin açılma ehtimalı, Türkiyə ilə olan əməkdaşlıq, Türkiyənin Orta Asiyaya Naxçıvan üzərindən çıxışı, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi, icrası və digər faktorları sadaladıqda Naxçıvan iqtisadiyyatı ilə bağlı müsbət perspektivləri gözləmək olar.
Vergi toplamalarının artımını əsas üç amillə əlaqələndirmək olar

İqtisadçı Xalid Kərimli isə bu məsələni müsbət tendensiya adlandıraraq Naxçıvan Muxtar
Respublikasında vergi toplamalarının artımını əsas üç amillə əlaqələndirib:

1. Naxçıvanda idarəetmə islahatları və kadr dəyişikliklərindən sonra Azərbaycanın bir çox şirkətləri Naxçıvana giriş imkanı əldə etdi və orada öz nümayəndəliklərini yaratdılar.
2. Keçmiş rəhbərliyin sərt idarəçiliyindən sonra liberallaşma, qayda-qanunçuluğun bərpası şirkətlərin Naxçıvan bazarına marağını artırdı. Və həmin şirkətlər Naxçıvanda aktivliklərini bərpa etdi. Şirkətlərin və xidmət sahələrinin çoxluğu bu tendensiyanın inkişafını sürətləndirdi.
3. Şəffaflığın qorunması nəticəsində vergi toplamaları artan şəkildə büdcəyə qayıtdı ki, bu da Naxçıvanda fəaliyyət göstərən həmin xidmətin effektiv təşkili ilə əlaqədardır.
Bu üç məsələ həm idarəçilikdə kadr islahatları, həm şirkətlərin Naxçıvana marağının artması, həm də şəffaflaşma büdcə gəlirlərini artırdı. Bu da, öz növbəsində, növbəti ildə Naxçıvanın mərkəzi büdcədən datasiya almasının tələbini aşağı salacaq ki, bu da çox müsbət haldır. Əgər Zəngəzur dəhlizidə açılarsa, Naxçıvana nəinki mərkəzi büdcədən dotasiya ayrılacaq, hətta Naxçıvan mərkəzi büdcəyə artıq qalan pulu transfer edəcək.
Büdcə daxilolmaları makroiqtisadi inkişafın mühüm göstəricilərindəndir

İqtisadçı Cavadxan Qasımov isə qeyd edib ki, makroiqtisadi inkişafın mühüm göstəricilərindən birini də büdcə daxilolmaları sahəsindəki nəticələr təşkil edir. Bu, hər şeydən əvvəl, iqtisadi prioritetlərin düzgün müəyyən olunmasını göstərməklə yanaşı, eyni zamanda onun reallaşması və əlçatan olması sahəsində tədbirlərin də məqsədyönlü olduğunu göstərir. Eyni zamanda yeni istehsal müəssisələrinin yaradılması sahəsində işlərin davamlılığı,təsdiq olunan Dövlət Proqramı və digər hüquqi aktların icra mexanizmləri düzgün seçilir. Həmçinin əmək ehtiyatlarından məqsədyönlü istifadənin nəzərə alınması büdcə daxilolmalarının mühüm meyarlarını təşkil edir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri