Icma.az
close
up
RU
Artıq günün bütün vaxtları pik saatdır Niyə taksi tapa bilmirik?

Artıq günün bütün vaxtları pik saatdır Niyə taksi tapa bilmirik?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər sərnişinlər taksi xidmətlərindən istifadədə çətinlik yaşayır. Günün istənilən saatında taksi xidmətindən istifadə mümkünsüz hala gəlib. Bəzi sürücülər bunu taksi sürüclərinin imtahanı ilə əlaqələndirir. Bildirirlər ki, sürücülürin çox hissəsi imtahandan kəsildiyi üçün taksilərin sayı azalıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, indiyə qədər imtahanlarda 5256 iştirak sayı (kəsilənlər yenə imtahan verir deyə iştirakçı yox, iştirak sayı) qeydə alınıb.

Bildirilib ki, onlardan cəmi 528 nəfər uğursuz nəticə əldə edib.

Trend-in sorğusuna cavab olaraq "Bolt" taksi şirkətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, sərnişindaşıma xidmətlərində istismar müddəti 15 ildən çox olan avtomobillərin istifadəsi qadağandır.

"Bu səbəbdən köhnə avtomobillər mərhələli şəkildə sistemdən çıxarılır. Bunun nəticəsində, tələbat yüksək olaraq qalmaqda davam etsə də, təklifin azalması gününı pik saatlarında gözləmə müddətlərinin artmasına səbəb ola bilər", - deyə əlavə edilib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov taksi xidmətləri ilə bağlı yaranan problemi Trend-ə şərh edərkən bildirib ki, taksilərlə bağlı məsələ yenə gündəmə qayıdıb.

"Burada əsas məsələ ondan ibarətdir ki, taksilərin fəaliyyətində hər hansı bir yenilik və güzəşətlər olacaq mı?

Hazırda taksi fəaliyyətinin tənzimlənməsi keçid dövrü yaşayır. Qanunvericinin mükəmməlləşdirilməsi, o cümlədən, qanunvericiliyin tələblərindən yaranan çətinliklərin həlli, sərnişinlər arasında diskriminasiyaların aradan qaldırılması kimi məsələlər qısa müddətdə baş verəcək proseslər deyil.

Bunlar vaxt aparan proseslərdir. Ona görə də bu və digər formada proseslərə müəyyən dərəcədə yeniliklər qataraq, müəyyən işlərin görülməsi gələcək işlər sırasına daxildir", - deyə o vurğulayıb.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2024 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri