Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

“Artıq hədəf narkobaronlar olmalıdır” Deputat narkomafiya ilə mübarizəyə çağırdı

“Artıq hədəf narkobaronlar olmalıdır” Deputat narkomafiya ilə mübarizəyə çağırdı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yalnız narkokuryerlərin və daşıyıcıların deyil, daha yuxarı səviyyədə təşkilatçıların hədəfə alınması təklif edilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Hikmət Babaoğlu narkotik ticarətinə qarşı mübarizənin sərtləşdirilməsinin vacibliyini bildirib.
“Artıq narkobaronlarla mübarizə aparmalıyıq”, – deyə deputat vurğulayıb.
“Narkotik daşıyan maşın müsadirə olunsun”
Hikmət Babaoğlu narkotacirlərə qarşı daha sərt qanunların qəbul edilməsini təklif edib.
Deputatın sözlərinə görə, narkotiklərin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin dövlət büdcəsinin xeyrinə müsadirə edilməsi ilə bağlı ayrıca qanun qəbul edilə bilər.
O bildirib ki, xüsusilə böyük yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi gizli bölmələr hazırlanır və həmin yerlərdən külli miqdarda narkotik maddələr aşkarlanır.
“Sonra nə baş verir? Həmin şəxslər cərimə olunur, narkotik müsadirə olunur. Onlar heç nə olmamış kimi yollarına davam edirlər. Belə olduqda, məncə, bu mübarizə o qədər də səmərəli olmur”, – deputat deyib.
Onun fikrincə, həm yükdaşıyan sürücü, həm də nəqliyyat vasitəsinin sahibi məsuliyyət hiss etməlidir. Əgər avtomobil narkotik ticarətində vasitə kimi istifadə olunursa, onun itirilməsi riski də nəzərə alınmalıdır.
Azərbaycanda 7 tona yaxın narkotik müsadirə edilib
Dövlət Komissiyasının 2026-cı ilin yanvar-avqust ayları üzrə açıqladığı statistikaya görə, hüquq-mühafizə orqanları bu müddətdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 5 561 cinayət faktı aşkarlayıb.
Onlardan 1 402-si narkotik vasitələrin qanunsuz satışı, 4 033-ü narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, 123-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və becərilməsi, 3-ü digər narkotiklərlə bağlı cinayətlər olub.
Hesabat dövründə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 994 kiloqram 958 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Onların arasında təxminən 5,93 ton marixuana, 376,9 kiloqram heroin, 139,8 kiloqram tiryək və 247,6 kiloqram həşiş olub. Həmçinin kokain, digər narkotik vasitələr və psixotrop maddələr də aşkarlanıb.
Dövlət Komissiyasının məlumatına əsasən, müsadirə olunan narkotik və psixotrop maddələrin ümumi dəyəri 208,47 milyon manat qiymətləndirilib. Eyni dövrdə 1 447,5 hektar ərazidə 4 milyondan çox yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.
“Narkokuryerlər səviyyəsində qalmamalıyıq”
Hikmət Babaoğlu narkotiklərin Azərbaycana keçirilməsində yeni üsullardan istifadə edildiyini də qeyd edib.
“Genofondu sıradan çıxaran, Azərbaycana qarşı “tiryək müharibəsi” elan edən ölkələrlə narkokuryerlər səviyyəsində mübarizə aparmamalıyıq. Məncə, burada bir mərhələ daha yuxarı qalxmalıyıq. Artıq narkobaronlarla mübarizə aparmalıyıq”, – deputat bildirib.
Onun sözlərinə görə, narkotik maddələrin sərhəddən keçirilməsi üçün xüsusi vasitələrdən, o cümlədən dronlardan istifadə olunur.
Deputatın təklifləri komitənin iclasında səsləndirilib. Nəqliyyat vasitələrinin müsadirəsi ilə bağlı ayrıca qanun qəbul edilməsi təklifi isə qanunvericilik baxımından ayrıca müzakirə və qərar tələb edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see268

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see261

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see257

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see255

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see250

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see244

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see241

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see236

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see224

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see215

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see211

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see205

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see200

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see200

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see198

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see197

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see194

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see191

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri