Icma.az
close
up
RU
Artıq mənim şərəfim...

Artıq mənim şərəfim...

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bazar günü güya bir az dincələcəkdim, yəni kompüterdən uzaq duracaq, sadəcə musiqi dinləyib yarım qalan son kitabı bitirəcəkdim. Spotify-da qarşıma qeyri adi bir parça çıxdı…

Cem Erdost və Fırat Tanış “Artıq mənim şərəfim palçıqlara bataraq…” deyə başlayırlar bu qəmgin mahnıya. Musiqinin bədbin havası, misralardakı dürüst etiraf… İnsanın şərəf və ləyaqətinin "palçığa batması", "özünü bilərək kirlətməyə" məhkum etməsi... 

Sanki insan ruhunun dünyanın çirkinlikləri qarşısındakı çarəsizliyini hayqırır.
Dinlədiyim mahnının misraları haqqında bir neçə kiçik qeydim yarandı…

Şeirdəki “taxta qapı kimi qıcırdayıb duracaq” bənzətməsi çox təsirlidir. Artıq sınmış, köhnəlmiş və hər hərəkəti səs (əzab) verən insanın şərəf və ləyaqətini təsvir etməsi şeirin metaforik gücünü göstərir.

“Bilərək (taammüden) özünü kirlətmək” ifadəsi insanın bəzən həyatda qalmaq üçün öz prinsiplərindən necə vaz keçməsinin ən ağır etirafıdır.
Mahnı insana nəyi xatırladır deyə düşündüm: mənəvi bir yorğunluğumu, yoxsa həyatın sərt həqiqətlərini? Cavab verə bilmədim…

Musiqi, ifa və sözlər hamısı birlikdə çox ofsunlayıcıdırlar. Axtarıb sözlərin kimə aid olduğunu tapdım. Metin Altıok (1941–1993) türk ədəbiyyatının ən kədərli və ən bədbaxt şairlərindən biri hesab olunur. O, sadəcə bir şair deyildi, həm də filosof və rəssamdı. Ankara universitetində fəlsəfə oxumuşdu. Bu da onun şeirlərinə dərin varlıq və ləyaqət, şərəf sancıları qatırdı.

Metin Altıokun yaradıcılığı əsasən tənhalıq və çarəsizlik mövzuları ətrafında fırlanır. Şair özünü dünyaya qarşı müdafiəsiz hiss edən "incə ruhlu" bir insan kimi təsvir edirdi. Bütün həyatını üzərində bir kədər yükü kimi daşıyan Metin Altıok ömrünü də faciəvi şəkildə – 1993-cü ildə Türkiyənin Sivas şəhərində baş verən məşhur Madımak oteli dəhşəti zamanı otel yandırılarkən can vermişdi. Bu faciə onu Türkiyənin "yaralı" şairlərindən birinə çevirdi. Onun “Bədənim bir yük kimi daşınır bu dünyada” misrası da mahnıdakı o yorğun şərəf obrazı ilə tam üst-üstə düşür…

Ovqatım təlx olmuşdu. Xəbərlərı açdım. ABŞ ikinci gün idi ki, İranı bombalayırdı.

Birdən mahnıdakı o misra yenidən qulağımda səsləndi: “taxta qapı kimi cırıldayıb duracaq…”. Sanki bu dəfə bir insanın deyil, bütöv bir coğrafiyanın qapısı idi o. Yaxın Şərqin girişi çoxdan köhnə bir taxta qapıya çevrilib – hər açılıb-bağlananda səs verir, hər səs isə bir ağrı deməkdir.

Metin Altıok ləyaqətin palçığa batmasından yazırdı. Amma bu gün palçıq təkcə fərdi talelərin yox, dövlətlərin də üzərinə sıçrayır. Böyük güclər öz strateji hesablarını “zəruri əməliyyat” adlandırır, region dövlətləri isə öz inadlarını “şərəf” deyə müdafiə edir. Nəticədə isə ən çox əzilən yenə sıravi insan olur – öz evində, öz şəhərində, öz qorxusu ilə.

Şeirdəki “bilərək özünü kirlətmək” ifadəsi burada başqa cür səslənir bu gün: bəzən dövlətlər də həyatda qalmaq, mövqeyini qorumaq üçün öz prinsiplərini kirlətməyə məcbur qalırlar. Real siyasət ləyaqətə yer buraxmır; o, güc balansı tanıyır. Amma gücün dili ilə danışılan hər cümlə, sonda bir insanın həyatına yazılır.

Madımak oteli faciəsi necə ki bir şairin bədənini yandırdı, eləcə də bu gün atılan bombalar yenə hansısa müəllimin, hansısa uşağın, hansısa adsız insanın həyatını dəyişir. Tarix həmişə eyni mexanizmlə işləyir: iri dövlətlər danışır, böyük liderlər qərar verir, amma qanı axanlar adı tarix kitabına düşməyən insanlar olur.

Mahnını dinlərkən düşündüyüm sual yenidən qayıdır: bu mənəvi yorğunluqdur, yoxsa həyatın sərt həqiqəti? Bəlkə də hər ikisi. Çünki müharibə xəbəri açılan bir dünyada insanın şərəfi də, ləyaqəti də, hətta sakit bazar günü arzusu da qıcırdayır.

Və bir də düşünürəm ki, problem bu ədalətsizlikdə deyil, xaosda, yiyəsizlikə deyil, problem insanoğlunun bu dəhşətin içində yaşamağa alışmasındadır…

ARTIK BENİM ONURUM

Artık benim onurum
Çamurlara batarak,
Kendini aşınmaktan
Güç bela koruyacak.

Kirletecek çaresiz
Taammüden kendini;
Çarşı pazar gün boyu
Kentleri dolaşarak.

Artık benim onurum
Eğri pervazında,
Ahşap bir kapı gibi
Gıcırdayıp duracak.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri