Icma.az
close
up
RU
Artıq moped və motosikletlər qəza törədib qaça bilməyəcək DEPUTATDAN AÇIQLAMA FOTO

Artıq moped və motosikletlər qəza törədib qaça bilməyəcək DEPUTATDAN AÇIQLAMA FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qida sektrunda onlayn sifariş və çatdırılma üsulu inkişaf edib. Lakin bu inkişaf özü ilə yeni problemlər də gətirib. Belə ki, çatdırılma prosesində mühərrik həcmi kiçik olan moped və digər nəqliyyat vasitələrindən istifadə edilir. Bu nəqliyyat vasitələrinin əksəriyyəti isə qeydiyyata alınmayıb.

Avtosfer.aqz xəbər verir ki, məsələ ilə bağlı artıq uzun müddətdir yeni qanun layihəsi hazırlanır və layihə artıq müzakirə və təsdiq edilməsi üçün parlamentə göndərilib.

Mövzu ilə əlaqədar saytımıza açıqlamasında deputat Arzuxan Əlizadə deyib ki, parlamentin həmin komitəsində olmadığı üçün belə bir layihənin müzakirəyə çıxarılıb-çıxarılmamasından xəbərsizdir:

“Parlamentə təqdim olunan qanun layihələrinə ilkin olaraq müvafiq komitə iclaslarında baxılır və yalnız parlamentə tövsiyə olunduqdan sonra Milli Məclisin müzakirəsinə çıxarılır.

Məlumdur ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, hüquqi və fiziki şəxslərə məxsus olan, mühərkin iş həcmi 50 kub-santimetr və daha çox olan, eyni zamanda maksimal sürəti konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Bu o deməkdir ki, mopedlər və bu qəbildən olan nəqliyyat vasitələri qeydiyyatdan keçmir və dövlət nömrə nişanı ilə təmin edilmir. Mənim şəxsi düşüncəm ondan ibarətdir ki, nəqliyyat vasitələri mühərrikin iş həcmindən asılı olmayaraq və maksimum sürəti 50 kilometrdən az olmasına baxmayaraq nəqliyyatın və hərəktin işitrakçısıdırsa, mütləq şəkildə qeydiyyata alınmalıdır. Çünki məlumdur ki, son dövrlərdə qida çatdırılması sektorunda çalışanlar bu prosesdə iştirakçıdırlar. Bir çox hallarda qəzaların baş verməsinin səbəbkarı olurlar. Bu baxımdan həmin nəqliyyat vasitələrinin qeydiyyata alınması vacibdir.  Bu addım həmin nəqliyyat vasitələrindən istifadə edən həm hüquqi, həm də fiziki şəxslərin məsuliyyətini artırmış olacaq. Eyni zamanda hansısa hadisə baş verəndə həmin nəqliyyat vasitəsilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının işini asanlaşdırmış olar”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri