Icma.az
close
up
RU
“ART OLİMPİA 2025” incəsənət və rəqs müsabiqəsi keçirildi FOTO

“ART OLİMPİA 2025” incəsənət və rəqs müsabiqəsi keçirildi FOTO

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında və paralel olaraq Bakı Gənclər Mərkəzində "ART OLİMPİA 2025" incəsənət və rəqs müsabiqəsi keçirildi. 
"ART OLİMPİA 2025" müsabiqəsinə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Ağdaş, Ağdam, Yevlax, Mingəçevir, Oğuz, Şəki, Goranboy və sair bölgələrimizin uşaq musiqi və incəsənət məktəblərindən, mədəniyyət  saraylarından iki mindən çox iştirakçı qatılıb. Bu iştirakçılar iki gün ərzində öz nominasiyaları və yaş qrupları arasında incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət, bədii qiraət) üzrə gərgin mübarizə aparıblar. 
Öz qalibiyyətləri ilə seçilənlər Ağdaş rayon Habil Əliyev adına 1 №-li Uşaq Musiqi Məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası, Ağdam şəhər C.Qaryağdıoğlu adına UİM, Goranboy rayon Düzqışlaq kənd UMM, rəqs incəsənət növündə isə "Qaval Rəqs Ansamblı", "Grasiya İK" qrupu olub. 
Çıxışlarından sonra iştirakçılar "Azərbaycan Gənclər İttifaqı" İctiami Birliyinin sədri Zakir Əliyev tərəfindən təntənəli şəkildə mükafatlandırılıblar. Müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər.
2 gün paralel olaraq iki fərqli məkanda təşkil olunan irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu müsabiqə uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə, gənclər arasında mədəni dialoqun formalaşmasına xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq".
Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə, ədalətli seçimlərinə və yorulmadan böyük zövqlə fəaliyyət göstərən 19 nəfərlik dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.
Zakir Əliyev isə qeyd edib: "Öncəliklə, bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm! Növbəti beynəlxalq müsabiqələrimizə isə digər ölkələrin təmsilçilərini də gözləyirik. Azərbaycanı təmsil edəcək komandaları da beynəlxalq müsabiqələrdə görmək istəyirik. Əminik ki, iştirakçılarımız ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see319

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see121

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see119

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see118

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

08 Avqust 2025 16:45see117

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see117

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see116

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see116

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see115

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see114

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

07 Avqust 2025 19:24see113

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see113

ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

07 Avqust 2025 20:35see113

Yol İdarəsinin rəisini maşında içkili halda saxladılar, həbs qərarı verildi

07 Avqust 2025 18:30see112

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see112

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see112

Qara Qarayev: Məşqçinin mənə nə dediyini deyə bilmərəm

07 Avqust 2025 23:02see111

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see110

Növbəti hərracda 1 müəssisə, 12 nəqliyyat vasitəsi satılıb

07 Avqust 2025 17:29see109

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri