Icma.az
close
up
RU
“ARUTYUNYAN ÖZÜ GETDİ” Yevlaxdakı danışıqlarda iştirak edən ermənidən maraqlı açıqlamalar

“ARUTYUNYAN ÖZÜ GETDİ” Yevlaxdakı danışıqlarda iştirak edən ermənidən maraqlı açıqlamalar

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2023-cü ilin sentyabrında Dağlıq Qarabağın separatçılardan tam təmizlənməsi və erməni əhalisinin Azərbaycanın bu bölgəsini tərk etməsi Ermənistanda hakimiyyət və müxalifət arasında qızğın müzakirələrin və qarşılıqlı ittihamların mövzusu olaraq qalır.

“AzPolitika” xəbər verir ki, erməni mətbuatında dərc edilən məqalələrdən, ayrı-ayrı siyasilərin çıxışından göründüyü kimi, müxalifət və hakimiyyət bir-birilərini “artsaxı itirməkdə” və hətta “etnik təmizləmədə” ittiham edir.

Müxalifət hesab edir ki, baş verənlər Nikol Paşinyanın komandasının “xəyanətkar siyasətinin” nəticəsidir. Belə ki, o, “Qarabağı taleyin ümidinə buraxıb”. Hakimiyyət isə müxalifəti (Koçaryan-Sarqsyan cütlüyünü) günahlandırır ki, onun liderlərinin təhriki ilə Qarabağ separatçılarının başçıları 2023-cü ildə Qarabağda ermənilərin qalması fürsətini əldən verib.

Ermənistan hakimiyyəti həmçinin, müxalifəti onda günahlandırır ki, o, keçmiş separatçı rejimi Sofiya və Bratislavada rəsmi Bakı ilə danışıqlardan imtina etməyə sövq edib. Eləcə də Koçaryan-Sarqsyan cütlüyü Qarabağda bir növ “saray çevrilişi” təşkil etməklə, o vaxtkı qondarma “prezident” Araik Arutyunyanı istefaya məcbur edib. Bütün bunlar, Ermənistan rəhbərliyinin fikrincə, Azərbaycanın Qarabağı tam azad etməsinə və ondan sonrakı prosesləri idarə etməsinə şərait yaradıb.

Bu arada erməni mətbuatına müsahibə verən Qarabağdakı keçmiş qondarma “parlamenti”in üzvü Arutyunyanın istefaya məcbur edilməsi ilə bağlı iddiaları, eləcə də Qarabağ “rəhbərliyinin” Bakı ilə danışıqlara dair təklifləri rədd etməsinə aid deyilənləri təkzib edib. Yeri gəlmişkən qeyd edək ki, Melkumyanın özü 2023-cü ilin sentyabrında Yevlaxda keçirilən danışıqlarda iştirak edib.

Melkumyan iddia edir ki, separatçı qurumda hamı Arutyunyanın istefasının əleyhinə olub, lakin onların bu mövqeyi əməli nəticə verməyib.

Üstəlik, nə keçmiş “başçılar” - Arkadi Qukasyan və hazırda onunla birgə Bakı həbsxanasında olan Bako Saakyan, nə də digərləri Arutyunyanın getməsini istəməyib. Baxmayaraq ki, hamı deyirdi ki, əlverişli şərait yaranan kimi “prezident seçkilərini” təşkil etmək lazımdır: “Arutyunyanın istefasına səbəb olan prosesləri onun özü yaradıb. Və istefadan sonra “konstitusiya böhranı”nın qarşısını almaq lazım idi. Sonda yeni “lider” kimi Samvel Şahramanyanı seçmək qərara alınıb”.

Melkumyan deyir ki, Azərbaycanla məlum hərbi əməliyyatdan öncə də bu və ya digər formada danışıqlar daim davam edib. Onlara Araik Arutyunyan və “hərbi-siyasi rəhbərliyin” bəzi digər nümayəndələri, məsələn, “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan rəhbərlik edirdi. Eyni zamanda, Ermənistan da Azərbaycanla danışıqlar aparıb.

Melkumyan deyib ki, Qarabağdakı separatçı rejim Azərbaycanın təkliflərindən imtina etmək gücündə deyildi: "”Dağlıq Qarabağ”ın mövqeyi o qədər güclü deyildi ki, danışıqlar təkliflərini rədd edə bilsin və mən deməliyəm ki, bütün bu müzakirələr Ermənistan hakimiyyətinin iştirakı ilə aparılırdı. Ancaq Qarabağ nümayəndə heyəti Sofiyaya və ya başqa yerə getsəydi belə, Azərbaycanın sülh müqaviləsi bağlayacağını və hər şeyin öz yerinə düşəcəyini təsəvvür etmək fantaziyadır… Sonda Bakının məqsədinin nə olduğuna əmin olduq”.

Melkumyan deyib ki, ayıq və emosiya olmadan həmin sentyabr günlərində baş verənləri, o cümlədən Yevlaxdakı danışıqların nəticələrini təhlil etmək imkanı olacaq. O, bir daha ermənilərin separatçı rejimin təhriki ilə Qarabağdan köçdüyünü etiraf edib, eyni zamanda qeyd edib ki, Qarabağın erməni əhalisi hələ ki, siyasi izahatları qəbul etməyə hazır deyil: “Çoxsaylı sosial problemlər insanların baş verənlərin mahiyyətini anlamasına mane olur. Lakin bir şeyə əminəm ki, Samvel Şahramanyanın addımları on minlərlə insanın - hərbçilərin və mülki şəxslərin həyatını xilas etməyə imkan verdi. “Hakimiyyət orqanları”nın tədbirləri nəticəsində nisbətən təhlükəsiz evakuasiya təşkil etmək mümkün olub”.

Göründüyü kimi, Qarabağın təmizlənməsi və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən xeyli vaxt keçsə də, bu mövzu Ermənistan daxilində gərgin siyasi çəkişmələrin mövzusu olaraq qalır. Hansı ki, artıq ermənilər üçün əsas mövzu bu deyil, ümumilikdə erməni dövlətçiliyinin qalıb-qalmayacağı olmalıdır. Buna elə Nikol Paşinyan da dəfələrlə eyham vurub…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri