Icma.az
close
up
RU
Arvadımın başqa kişilərlə görüşməsi səbəbindən üzə çıxa bilməmişəm

Arvadımın başqa kişilərlə görüşməsi səbəbindən üzə çıxa bilməmişəm

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Kürdəmir rayonunda 1986-cı il təvəllüdlü Habil qısqanclıq zəminində yaranan mübahisəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərtidir – red.) qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Habil 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğu və Kürdəmir Rayon Məhkəməsinin 2024-cü il tarixli qərarına əsasən formal əsaslarla boşanmaqla faktiki olaraq ər-arvad münasibətlərini davam etdirdiyi arvadı Könülün müxtəlif kişilərlə sevgi münasibətləri yaşamasını öyrənib. 
O, 2025-ci ilin may-iyun aylarında isə dəfələrlə ondan xəbərsiz Bakı şəhərinə gedib və naməlum şəxslərlə görüşməsindən şübhələnib. Qısqanclıq zəminində qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. 
Habil həmin ilin iyunun 28-də, saat 19 radələrində hadisəni görməməsi məqsədilə Kürdəmir rayonunun kəndində yaşadığı evdə olan yetkinlik yaşına çatmayan qızını evdən yola saldıqdan sonra evin mətbəx otağından bıçağı götürüb və evin yataq otağına daxil olub. O, çarpayının üzərində uzanmış Könülə yad kişilər ilə görüşməsinin onun özü və ailə üzvləri üçün utancverici olduğunu bildirib, sağ əlində tutduğu bıçaqla həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrə qəsdən öldürmək niyəti ilə ardıcıl zərbələr vurub. Qadın aldığı zərbələrdən ölüb. 
Habilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Habil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Habil ifadəsində göstərib ki, arvadı Könülün dəfələrlə başqa kişilərdə danışdığını tutub: “Arvadım bizdən xəbərsiz itkin düşüb. Bu barədə polisə şikayət etmişəm. Polis arvadımı taparaq gətirdi. Arvadım ilə aramızda dəfələrlə mübahisə olurdu, arvadım uşaqlara baxmayıb. Arvadımın bu hərəkətlərindən, başqa kişilərlə görüşməsi səbəbindən kəndə çıxa bilməmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, yəni 2025-ci ilin iyunun 28-də yenə də arvadının telefonla danışdığını tutub: “Arvadım ilə söhbət edərək bu hərəkətlərə son qoymasını dedim. Sonra aramızda yenə mübahisə yarandı. Elə həmin vaxt mətbəxdən bıçağı götürdüm və həmin bıçaqla xəsarətlər yetirdim. Bu zərbələr nəticəsində arvadımı öldürmüşəm. Arvadıma neçə bıçaq zərbələri vurmağımı xatırlamıram. Arvadım öldürdükdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq arvadımı öldürdüyümü bildirdim. Arvadımı öldürən zaman qızım anasının evində olub. Oğlanlarım isə kənddə bərbərdə olublar. Hadisəni heç kəs görməyib. Hazırda tutduğum əməldən peşmanam. Himayəmdə 3 uşağım var”.
Mərhum Könülün hüquqi varisi, atası Mehdinin sözlərinə görə, 2022-ci ilə qədər qızı Könül ilə kürəkəni Habil arasında heç bir problem olmayıb: “Sonradan qızım yolunu azdı. O, müxtəlif yad kişilər ilə telefonla danışdı. Könül 2023-cü ilin yay aylarında İsmayıllı rayon sakini Sərxan adlı şəxs ilə münasibət qurub. Könül Sərxan ilə qoşularaq ailəsini tərk edib və Bakı şəhərinə gedib. Könül  4-5 gün müddətində Sərxan ilə Bakı şəhərində yaşamışam. Kürəkənim Habil həmin vaxt yoldaşının itkin düşməsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə şikayət etdi. Könülün Bakı şəhərində qaldığı yer müəyyən edildi və Habil Bakıya gedərək onu evinə gətirdi. Bundan sonra Könül ilə Sərxanın münasibəti başa çatdı”.
Mehdi qeyd edib ki, iyunun 28-də yaşadığı kənddə olarkən, axşam saat 21 radələrində ona qohumları zəng vurub və kürəkəni Habilin Könülü öldürdüyünü bildirib: “Mən dərhal işdən çıxdım və onların evinə gəldim. Həyətə daxil olanda polis əməkdaşları Habili polis maşınına mindirərək həyətdən çıxardılar. Mən evə daxil olaraq qızımın evin yataq otağında qan içərisində olan meyitini gördüm. Qızım artıq ölmüşdü”. 
Qızı qətlə yetirilən ata ifadəsinin sonunda qatili kürəkəni ilə barışdığını, onu bağışladığını, ondan heç bir şikayəti olmadığını deyib. 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri