Icma.az
close
up
RU
Arvadını 17 il döyərək əzab verən şəxs məhkəmə zalında həbs edildi

Arvadını 17 il döyərək əzab verən şəxs məhkəmə zalında həbs edildi

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada və əzab vermədə təqsirləndirilən M.Zalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, M.Zalov 2006-cı ildən 2023-cü ilədək həftənin müxtəlif günlərində, günün müxtəlif saatlarında mütəmadi olaraq köməksiz vəziyyətdə olan arvadı, zərərçəkmiş M.M.-i (ad, soyadı şərtidir) güclü fiziki ağrı verməklə intensiv və davamlı olaraq yumruq, təpiklə vuraraq döyüb. Eyni zamanda o, qadına qarşı zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar verib.

Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs 5 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Xaçmaz rayonunda yerləşən evində stolun üzərinə qoyulmuş süfrənin altında saxladığı 70 manat pulun 20 manatını tapa bilməyib. M.Zalov azyaşlı oğlunun gözləri qarşısında əsassız yerə arvadı M.M.-i ondan xəbərsiz həmin pulu götürməkdə günahlandırıb. O, bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qadının ona irad bildirməsini hörmətsizlik kimi qəbul edib. Sonra təqsirləndirilən şəxs ona tutulan iradın və pulun tapılmamasını cüzi səbəb kimi bəhanə edərək zərərçəkmiş şəxsin bir neçə dəfə başından, sifətindən və burnundan qəsdən yumruqla vurub. Bu zaman qadın yerə yıxılıb və M.Zalov bundan istifadə edərək ayağı ilə arvadının sağ əlini əzib burun sümüyünü sındıraraq, ona sağlamlığa az ağır zərər yetirib, habelə zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab verib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə M.Zalov 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. M.Zalov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see145

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see136

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri