Arvadını tövləyə girən canavar bilib güllələdi
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Türkiyənin Elazığ şəhərində 61 yaşlı kişi tövləyə canavar girdiyini düşünərək ov tüfəngi ilə həyat yoldaşını güllələyib.
“Bakupost” yerli mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Meşəli kəndində baş verib. Məlumata görə, iki gün əvvəl xırdabuynuzlu heyvanlarının saxlanıldığı tövləyə canavarların girdiyini görən M.K. ov tüfəngi ilə növbə çəkməyə başlayıb.
Gecə saatlarında tövlədən səs eşidən M.K. tüfənglə səs gələn istiqamətə atəş açıb. Daha sonra tövləyə daxil olan kişi güllələdiyi şəxsin həyat yoldaşı, 51 yaşlı Hasret Kuş olduğunu görüb.
Hadisə ilə bağlı əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Tibb işçiləri Hasret Kuşun hadisə yerində öldüyünü müəyyənləşdiriblər.
M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















