Icma.az
close
up
RU
Arxalı köpəyin qurdu basması boyu Pərvanə Bayramqızı yazır

Arxalı köpəyin qurdu basması boyu Pərvanə Bayramqızı yazır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ortaya biri çıxır; yazır — fikir vermirlər, paylaşır — ciddi saymırlar, bir gün bir tanınmış qələm adamı ilə şəklini görürlər — təsadüfi məqamdan çəkildiyini düşünürlər, jurnalda, qəzetdə dərc edilməyə başlayır — ötəri şeylər sayırlar, bunların, əslində, planlı, dəstəkli formada ardıcıllıqla davam etdiyini yalnız həmin şəxsin ədəbi mühitdə qızğın təbliğatı getdikdə anlayırlar. Bir də baxırsan qucağı mükafatla doldu, layiq görüldüyü təqaüdlə öyünür, televiziya proqramları qonaq çağırır.

Bundan sonra yeni yazanda ona laqeyd qalanların münasibəti dəyişir. Əvvəllər yazdıqlarını bəyənməyənlər indi onu istedadlı sayırlar. Cızma-qaralarını dərc etməyənlər artıq kitabının çapına kömək edir, hətta mətbu orqanlarda iş verirlər. Olur tanınmış, istedadlı, mükafatlı, təqaüdlü, dəstəkli, arxalı ... məşhur atalar sözünün ilk kəlməsini xatırladım... bir də "istedadlı yazıçının" əvvəlki — heç kəsin əhəmiyyət vermədiyi vaxtlarını. Yadıma yenə atalar sözü düşdü: 

"Adamı həmişə saymadığı it tutur". 

"Arxalı köpəyin qurdu basması" boyu yaranır. Yel qayadan çox şey aparır...  "Qayada bitən çiçəyi — Azərbaycanı" (M.Arazın təbirincə) soldurur, ədalətsizlər ölkəsinə çevirir.

Başına beş-on oxucu toplayıb özünü şöhrətin zirvəsində sananların birdən-birə tanınmasında bir çox səlahiyyətli qələm adamlarının rolu olur. Hərə özünə xoş olanı irəli çəkir. Kim onları tərifləsə, yaltaqlansa ona dayaq olur, şair, yazıçı adına millətə onları təqdim edirlər. Beləcə münasibətdən doğan ədəbiyyat yaranır. 

Bu son deyil, sonumuza çıxandır. Dəhşətlisi budur ki, həmin ədəbiyyat  tənqidçilərin, ədəbiyyatşünasların resenziyaları, tərifləri sayəsində dərsliklərə düşür, Azərbaycan ədəbiyyatı sayılır, elmi tədqiqatlara cəlb edilir. Sahibini sayma görüm, necə saymırsan? O özü adamı it yerinə qoymur. Bəs necə, filan jurnalist, filan redaktor, filan alim onunla dostdur,  yazdıqlarını çap edir, çap etdirir, efirə çağırtdırır. 

Nə isə, başınızı ağrıtdım. Gedim bu cür hallara yol açan səlahiyyətlilərin ədalət, həqiqi ədəbiyyat mövzusunda söhbətini dinləməyə...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Mart 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri