Bakıda “Çin, mənim arzum” kitabının imza günü olub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 2 noyabr, AZƏRTAC
Bakıda Çinin humanitar elmlər sahəsində nüfuzlu ali təhsil müəssisələrindən biri olan Jenmin Universitetinin doktorantura məzunu, Çin dili müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın “Çin, mənim arzum” kitabının imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, imza günü çərçivəsində oxucular müəlliflə görüşmək, onun yaradıcılığı və kitabın ərsəyə gəlmə prosesi ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və nəşri müəllifin imzası ilə əldə etmək imkanı qazanıblar.
Bədii-publisistik üslubda qələmə alınmış “Çin, mənim arzum” kitabında müəllifin Çində tələbəlik həyatı, təhsil təcrübəsi, ölkənin akademik mühitinin özünəməxsus xüsusiyyətləri və şəxsi müşahidələri əksini tapıb.
Əsər yalnız bir ölkədə təhsil almaq təcrübəsini əks etdirən xatirələr toplusu deyil, həm də arzuların gerçəkləşməsi yolunda əzmkarlığın, iradənin və davamlı inkişafın əhəmiyyətini önə çəkən bir həyat hekayəsidir. Müəllif şəxsi təcrübəsi əsasında məsuliyyət, özünəinam, çətinliklərin öhdəsindən gəlmək və qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləmək kimi mövzulara toxunur.
Kitabda Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura və doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq arzusunda olan gənclər üçün praktik tövsiyələr yer alır. Müəllif əldə etdiyi nailiyyətlərlə yanaşı, bu uğurların arxasında dayanan uzunmüddətli hazırlıq prosesini, qarşılaşdığı çətinlikləri, tərəddüdləri və şəxsi inkişaf mərhələlərini də oxucularla bölüşür.
Əsərin əsas ideyası böyük arzuların gerçəkləşməsi üçün inamla yanaşı, ardıcıl zəhmətin və əzmkarlığın vacibliyini önə çəkməkdir. Bu baxımdan “Çin, mənim arzum” yalnız Çin və xaricdə təhsillə maraqlanan gənclər üçün deyil, həyatında yeni səhifə açmaq, özünü inkişaf etdirmək və qarşısına böyük məqsədlər qoymaq istəyən hər kəs üçün ilham mənbəyidir.
Kitabın əsas mesajı isə belədir: insanın taleyini dəyişən təkcə arzuları deyil, həmin arzulara doğru hər gün atdığı kiçik, lakin ardıcıl addımlardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 02 Noyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















