“Arzu edirəm ki, qızım kimlərinsə qabağında oxuyub, pul qazanmasın”
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Meyxanaçı Samirə Yusifqızı ifaçı qızı Fərəhlə bağlı etirafı ilə diqqət çəkib.
News24.az xəbər verir ki, sənətçi qonaq olduğu “7 tamam” verilişində qızının doğum günü münasibəti ilə arzularını dilə gətirib.
Fərəhin 30 yaşına qədəm qoyduğunu söyləyən Samirə “Övladıma arzu edirəm ki, Allah onun qarşısına elə bir insan çıxarsın ki, o, müğənniliyi qoysun bir kənara və evinin xanımı, övladının anası olsun. Qoy, onun qabağında gəlib oxusunlar. O kimlərinsə qabağında oxuyub, pul qazanmasın.
Bu sənət dəyəri olmayan və cavanlığı sevən sənətdir. Sabah yaşa dolan zaman arxa plana keçir. İnsana da ən çox pis təsir edən və mənən öldürən bir məsələdir. İstəmirəm ki, yaşadıqlarımı o yaşasın. Səhnə arxası başqa şeylər var. Madiyyat baxımından isə görürsən ki, bu sənət ildən ilə arxaya gedir” sözlərini vurğulayıb. /Bizim.media
Baxış sayı:130
Bu xəbər 01 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















