Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Ay mənim Arzu qızım...

Ay mənim Arzu qızım...

525.az saytına istinadən Icma.az xəbər verir.

İlqar TAĞIYEV

"...1968-ci il avqustun 11-də Azərbaycanın 5 milyonuncu sakini dünyaya gəlir. Bu əlamətdar günə respublika rəhbərliyi az qala bir ay əvvəldən hazırlaşır. Mərkəzi Komitənin Bürosu iyulun 16-da Azərbaycan Respublikasının 5 milyonuncu vətəndaşı barədə qərar qəbul edir. Qərarda deyilir ki, Mərkəzi Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycanın 5 milyonuncu sakini dünyaya gələcək. Mərkəzi Komitə bu doğumu təntənəli qeyd etmək, doğulan körpəni xatirə medalı, anasını isə qiymətli hədiyyə ilə təltif etməklə bağlı tapşırıq verir. Nəhayət, həmin gün gəlib çatır. Avqustun 11-də, gündüz saat 11.05-də o körpə dünyaya gəlir. Əli-Bayramlı şəhərinin doğum evində. Ana Sabirabad rayonundakı Jdanov adına kolxozun pambıqçısıdır - Vladimirovka kəndinin sakini Meyxanım Mikayılova. Körpənin adını Arzu qoyurlar. İndi həmin xanımım 55 yaşı tamam olmalıdır. Harada yaşayır? Yaşayırmı? Bilmirik... "

Sitat olduğu kimi, nöqtəsinə, vergülünə toxunulmadan İctimai TV-də yayımlanmış "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişindən götürülüb. Tanınmış jurnalist Müsəllim Həsənovun müəllifi olduğu bu veriliş efirə getdiyi dövrdə böyük populyarlıq qazanmışdı. Hər buraxılışı ötən əsrdə Azərbaycanın bir ilinə həsr edilmişdi. 1968-ci ildə baş verənlərlə bağlı növbəti buraxılışı isə 2 il əvvəl efirdə yayımlanıb.

5 milyonuncu vətəndaşımızla bağlı hissə sosial şəbəkədə təsadüfən rastıma çıxdı. Müsəllim müəllimin "Harada yaşayır? Yaşayırmı? Bilmirik..." suallarına  instiktiv cavab verdim: "Taparam!" Və beləcə, Arzunun axtarışlarına başladım.

lll

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında 57 il əvvəlin qəzetlərini vərəqləyirəm. 5 milyonuncu vətəndaşımızla bağlı xəbərlər o dövrün mətbuatında Arzunun dünyaya gəlişindən 4 gün sonra - avqustun 15-də tirajlanıb.  "Bakinski raboçi" qəzetində "Salam, 5 milyonuncu Azərbaycan sakini", "Bakı"nın səhər buraxılışında "Biz 5 milyonuq!", "Vışka"da "Azərbaycanda 5 milyonuncu vətəndaş doğuldu" sərlövhələri ilə gedən məqalələrin məğzi demək olar ki, eynidir. Yazılarda əlamətdar hadisə ilə bağlı Mərkəzi Statistika İdarəsinin sədr müavini Ş.M.Əfəndiyevin fikirləri və bəzi statistik məlumatlar yer alıb. Fərqlilik "Kommunist" qəzetinin əməkdaşı Bariz Əsədovun hazırladığı "Beş milyonuncu" başlıqlı reportajda hiss olunur. Jurnalist avqustun 11-də Mərkəzi Statistika İradəsində yaşananları oxuculara çatdırmaqla yanaşı, Statistika İdarəsinin mədəniyyət, səhiyyə və əhali statistikası şöbəsinin rəisi, 5 milyonuncu vətəndaşın müjdəsini verən Yekaterina Pavlovna Rodionovanın, Əli Baryamlı (indiki Şirvan - red.) Doğum Evinin baş həkimi Elmira Mirzəyevanın, Vladimirovka Kənd Sovetinin katibi Maqsud Mustafayevin fikirlərini, hətta Arzunun atası Ələkbər Mikayılovla qısa müsahibəni təqdim edib:

- Bizim sevincimizə şərik olduğunuz üçün çox sağ olun. Ailəmizə göstərilən qayğıdan ötrü partiya və hökumətimizə minnətdarlığımızı bildiririk. "Kommunist"in bütün oxucularına da belə şad günlər arzulayırıq.

- Qızınıza ad qoymusunuzmu?

- Bəli. Arzu!

Ertəsi gün, avqustun 16-da Azərbaycan Teleqraf Agentliyinin fotomüxbiri F.Əliyevin Əli Bayramlı doğum evindən çəkdiyi şəkil qəzetlərdə dərc edilir, Azərbaycan xalqı 5 milyonuncu vətəndaşı və onun anası ilə tanış olur.

Yeri gəlmişkən, arxivdəki qəzetləri vərəqləyərkən qarşıma bəzi maraqlı məlumatlar da çıxdı. Məsələn, 1920-ci ilin sonunda Azərbaycanın əhalisi 1 milyon 952 min, 1939-cu ilin yanvarında 3 milyon 205 min, 1959-cu ilin eyni ayında isə 3 milyon 698 min nəfər olub. Başqa maraqlı fakt: 1968-ci ildə Azərbaycan SSRİ-də "ən gənc xalq" imiş. Əhalinin 45 faizini 15 yaşınadək uşaqlar təşkil edirmiş. Və yaxud, qəzetlərin yazdığına görə, Azərbaycan uzunömürlülərin nisbi sayına görə dünyada birinci imiş. Yəni hər 100 min əhaliyə yaşı 100-dən çox olan 84 nəfər düşürmüş.

lll

Arzunun "izinə" düşmək çətin olmadı. Şirvan şəhərindəki tanışlarım vasitəsilə onun böyük əmisi Heydər Mikayılovun oğlu Əzizağa Mikayılovu tapa bildik. 68 yaşlı Əzizağa kişi indi qonşu Qarağac kəndində yaşayır. Uzun müddət Ağaşirin Mikayılov adına Zalqaraağac kənd orta məktəbində müəllim işləyib. Hazırda təqaüddədir. Ağaşirin Mikayılov da Arzunun əmisi oğludur. Birinci Qarabağ müharibəsində şəhid olub. Mikayılovlar ailəsi əslən Qərbi Azərbaycandandır. Ötən əsrin 50-ci illərində Vedi rayonunun Kotuz kəndindən ukraynalıların məskunlaşdığı Xersonovkaya köçürülüblər. Dolaşıqlıq olmasın deyə, kiçik izah: Mikayılovlar ailəsi Sabirabadın Xersonovka, indiki Nəsimikənd kəndində yaşayırdı. Xersonovka isə indi Nizamikənd olan Vladimirovka sovetliyinə daxil idi.

1937-ci il təvəllüdlü Ələkbər kişi ilə 1945-ci ildə dünyaya gəlmiş Meyxanım 60-cı illərdə ailə qurublar. Özü də yaxın qohum olublar - dayıqızı və bibioğlu. Bütün bunları Əzizağa müəllim mənə sonradan danışdı. Ona ilk sualım isə Arzunun harada olması ilə bağlı idi. Cavab üzücü oldu: "Arzu 8 aylığında qəflətən vəfat edib".

Ümumiyyətlə, o ailədən cəmi bir nəfər həyatdadır. Meyxanım Mikayılova 30-40 il əvvəl haqq dünyasına qovuşub. Ələkbər kişi isə 2014-cü ildə. Ailənin 4 övladı olub. Yalnız böyük qızları - Arzudan 2 yaş böyük Şəlalə Mikayılova sağdır.

lll

Şəlalə xanımın Arzu doğulanda cəmi 2 yaşı var imiş. Olanları təbii ki, xatırlamır, valideynlərindən eşidib: "Anam deyirdi ki, bacım "top" kimi uşaq olub. Hər həftə həkimlər gəlib yoxlayırdılar. Axırıncı yoxlanışdan bir gün sonra qızdırması qalxdı, qəfildən əlimizdən getdi. Səbəbini də heç kim bilmədi".

Arzunun vəfatı təbii ki, ailəyə böyük zərbə idi. Amma daha böyük dərdlər irəlidə imiş. Arzudan sonra ailədə daha iki uşaq doğulub - Mətanət və Vüqar. Hər ikisi də körpə ikən ölüb: "Elə bil lənətlənmişdik, göz dəymişdi. Arzudan sonra dünyaya gələn Mətanətlə Vüqar da çox yaşamadı. Anam mən gənc olarkən dünyasını dəyişdi. Atam isə 11 il əvvəl".

Bir neçə il bundan qabaq Şəlalə xanım Nəsimikənddəki ata yurdunu satıb. İstəməyib ki, ev baxımsızlıqdan dağılsın. Uzun müddət Neftçalanın Bankə qəsəbəsində yaşayıb, rayonun Xıllı qəsəbəsindəki Nərə Balıqartırma Zavodunda işləyib. Hazırda ailəsi ilə Bakıda yaşayır, bir qızı, bir oğlu var. Başqa sözlə, Ələkbər kişi ilə Meyxanım ananın iki nəvəsi var. Yeri gəlmişkən, Şəlalə xanımın oğlu Babayev Mirsalam Asif oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, qazidir.

Həm Əzizağa kişi, həm də Şəlalə xanımla söhbətimizdə hər ikisi maraqlı məqama toxundular. Onların iddialarına görə, həmin dövrdə Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Ay mənim Arzu qızım" mahnısı məhz Arzu Mikayılovaya həsr edilibmiş. Yüngülvari araşdırmadan sonra məlum oldu ki, əslində, mahnı Arzudan 2 il əvvəl "doğulub". Bəstəkar Ələkbər Tağıyevin İsgəndər Coşqunun sözlərinə bəstələdiyi "Ay mənim Arzu qızım" mahnısının bir mənbədə 1966-cı ildə ilk dəfə Zeynəb Xanlarova tərəfindən ifa edildiyi bildirilir. Onu da öyrəndim ki, mahnı elə həmin il Azərbaycan Radiosunun fonotekasına qeydiyyata alınıb.

Şəlalə xanımda ailəsi haqqında ancaq xatirələri qalıb. Bir də Arzunun medalyonu - üzərində Azərbaycan və rus dillərində "Azərbaycan SSR-nin 5 milyonuncu vətandaşına" yazılmış medalyon. 57 il əvvəlin qəzetlərinin yazdığına görə, təmiz qızıldandır. Sonradan məlum olub ki, qızıl suyuna çəkilib. Yazının girişində Mərkəzi Komitənin qərarı ilə 5 milyonuncu vətəndaşın anasına qiymətli hədiyyələr verilməsi ilə bağlı cümlə var idi. Maraqlıdır, Meyxanım Mikayılovaya nə hədiyyə etmişdilər? Şəlalə xanımın sözlərinə görə, verilən medalyon, qızıl bilərzik, beşik və digər xırda-xuruş hədiyyələrdən savayı, rəhbər şəxslər Mikayılovlar ailəsinə Bakıda mənzil, avtomobil də söz vermişdilər: "Anam deyirdi ki, 2-3 dəfə Bakıya gediblər. İçərişəhərdə 3 otaqlı mənzil bağışlamışdılar. Mənzilə baxıblar, çox bəyəniblər. Atama da avtomobil, heyvan boyun olmuşdular. Arzu sağ ikən vermədilər. Öləndən sonra isə..." Arzu öləndən sonra ev, avtomobil söhbəti də "ölüb", heyvan da. Belə...

lll

Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-ə olan məlumatına görə, Azərbaycanın əhalisi 10 milyon 224,9 min nəfər olub. 2026-cı ilin astanasındayıq. Təbii ki, artım var və 1-2 ilə 11 milyonuncu vətəndaşımız dünyaya gələcək. Buna kimi isə illər əvvəl - 2010-cu il yanvarın 15-də Naxçıvanda Azərbaycanın 9 milyonuncu vətəndaşı doğulub. Əhmədovlar ailəsinin 2-ci övladı olan bu körpəyə Prezident İlham Əliyevin şərəfinə İlham adı qoyulub. 9 il sonra aprelin 6-da Bakıda 10 milyonuncu vətəndaşımız dünyaya gəlib. Rauf Həsənov və Nigar Ocaqova qızlarını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırıblar. İlham Əhmədovun hazırda 15 yaşı var. Mehriban Həsənova isə artıq məktəblidir. Bəs 6, 7, 8 milyonuncu vətəndaşlarımız? İnternet resurslarda onlar haqqında məlumat yoxdur. Müsəllim Həsənovun təbirincə desək, harada yaşayırlar? Yaşayırlarmı?

Taparam...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri