Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Arzu Quliyeva genetik xəstəliklərdən danışdı

Arzu Quliyeva genetik xəstəliklərdən danışdı

Icma.az, Axar.az saytına istinadən bildirir.

Genetik xəstəliklərin erkən diaqnostikası və qarşısının alınması müasir tibbin əsas istiqamətlərindən biridir. Müasir texnologiyalar sayəsində artıq genetik daşıyıcılıq testləri, prenatal analizlər və risk dəyərləndirmələri ilə bir çox irsi xəstəliklərin qarşısını vaxtında almaq mümkündür. Referans Klinik Laboratoriya Mərkəzinin Genetika şöbəsinin rəhbəri, Tibbi genetika uzmanı Dr. Arzu Quliyeva ilə bu sahədə görülən işlər, statistik göstəricilər və maarifləndirici məqamlar barədə ətraflı danışdıq. Həmin müsahibəni təqdim edirik:

– Diaqnostik imkanlar genişləndikcə genetik xəstəliklərin erkən təyin olunması imkanları da artır. Ümumiyyətlə, irsi genetik xəstəliklər Azərbaycanda nə qədər geniş yayılıb?

– Azərbaycanda irsi xəstəliklərin statistikası haqqında dəqiq məlumat olmasa da, dünya statistikasına əsasən, orta hesabla hər 25 uşaqdan biri irsi xəstəliklə doğulur. Keçən il Azərbaycanda doğum sayının 102 min olduğunu nəzərə alsaq, deyə bilərik ki, ötən il ölkəmizdə təxminən 4000 nadir irsi xəstəlikli körpə dünyaya gəlib.

– Ölkəmizdə genetik xəstəliklər arasında talassemiyanın daha çox yayıldığı məlumdur. Genetik testlərin sayı artdıqca bu xəstəliyin qarşısını tamamilə almaq mümkündürmü?

– Təxminən 20 il əvvəl Azərbaycanda ildə 200 talassemiyalı körpənin dünyaya gəldiyi dövrdə qəbul olunmuş Dövlət Proqramı çərçivəsində ölkəmizdə ciddi tədbirlər həyata keçirilib. Bunlardan biri də şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edən gənclər və qadın məsləhətxanalarına müraciət edən hamilə qadınlarda könüllü şəkildə talassemiya daşıyıcılarının müəyyən edilməsidir.

Təxminən əhalisinin 8-10 faizinin talassemiya daşıyıcısı olduğu ölkəmizdə bir həqiqət də var ki, bu aksiyalar könüllü yox, məcburi olsa, talassemiyalı xəstələrin sayında ildən-ilə kəskin şəkildə azalmanın, hətta sıfırlanmanın şahidi ola bilərik.

Övlad sahibi olmaq istəyən daşıyıcı valideynlər üçün riskli hamiləliklər zamanı göbək ciyəsi və amniosentez vasitəsilə aparılan prenatal testlər sayəsində talassemiyanın ana bətnində təyin olunması və bununla bağlı düzgün qərarın verilməsi üçün misilsiz şərait yaradılır.

– Bu qayda ilə daha hansı irsi genetik xəstəlikləri aşkar etmək mümkündür?

– Bu xəstəliklərin hamısını bir-bir sadalamaq kifayət qədər vaxt aparar. Ümumilikdə, bu gün övlad sahibi olmaq istəyən namizədlərdə 500-ə qədər irsi xəstəliyin daşıyıcısı olub-olmadığını müəyyən edə bilirik. Bunların arasında əhalimiz üçün daha əhəmiyyətli hesab olunan Oraqvari hüceyrə anemiyası, Fenilketonuriya, Kistik fibroz (Mukovissidoz), SMA və Düşenn əzələ distrofiyası kimi xəstəlikləri qeyd edə bilərik.

– Autizmin də genetik amillərlə əlaqədar inkişaf etdiyi bildirilir.

– Bu çox həssas mövzudur, çünki son zamanlar uşaqlara qoyulan autizm diaqnozlarının heç də hamısı həqiqi autizm spektr pozuntusu olmur. Autizmin genetik mənzərəsi nə qədər mürəkkəb olsa da, testlər bəzi hallarda yanlış diaqnozları inkar etməyə imkan verir. Xüsusilə epilepsiya ilə müşayiət olunan autizmdə daha səciyyəvi genetik pozğunluqlar müşahidə edilir.

– Autizm diaqnozu son dövrdə çox artıb. Bu xəstəliyin yeni nəsil texnologiyalar və ətraf mühitlə əlaqələndirilməsi nə dərəcədə doğrudur?

– Ətraf mühitin bu sahədə təsiri inkarolunmazdır. Xüsusilə qida sektorunda sənayeləşmənin yaratdığı xarici təsirlər genetik meyilliliklə üst-üstə düşəndə autizm spektr pozuntusunun yaranması üçün əlverişli zəmin yaranır. Lakin bu xəstəliyin əvvəlki nəsillərdə də rast gəlindiyini bilməliyik. Autizm diaqnozu ilk dəfə təxminən 80 il əvvəl Amerikanın Johns Hopkins xəstəxanasında qoyulub.

– Hazırda genetik səbəblərdən yaranan xəstəlik və sindromlar o qədər geniş və hərtərəfli izah olunur ki, insan artıq “genetik olmayan xəstəlik varmı?” sualını verir.

– Təbii ki, infeksiyalar, yoluxucu xəstəliklər, travmalar, fiziki zədələr, toksinlər, hərəkətsiz həyat tərzi, piylənmə, zərərli vərdişlər, siqaret, alkoqol və yay aylarında tez-tez qarşılaşdığımız günvurma kimi hallar yalnız ətraf mühitin təsirindən yaranan xəstəliklərdir və genetik mənşəli sayılmır. Amma bu xəstəliklərə qarşı orqanizmin müqavimət qabiliyyəti, immun sistemin gücü çox vaxt genetik xüsusiyyətlərlə bağlı olur. Tibbi-genetik dəyərləndirmə mərkəzi olaraq hesab edirik ki, əgər ölkəmizdə toplumun genetik məlumat bazası formalaşarsa, hər bir şəxsin fərdi genetik “təlimat kitabçası” tərtib oluna bilər. Bu isə hansı risk qrupuna daxil olduğumuzu və hansı xəstəliklərdən qorunmalı olduğumuzu vaxtında aşkar etməyə imkan verəcəkdir.

– Bəs genetik xəstəliklərin qarşısını almaq və ya riskləri azaltmaq üçün insanlar hansı addımları atmalıdır? Sizin bir mütəxəssis kimi tövsiyəniz nədir?

– Genetik xəstəliklərin qarşısını almaq üçün ilk və ən vacib addım maariflənməkdir. Övlad sahibi olmağı planlaşdıran hər bir cütlük genetik məsləhət almalıdır. Xüsusilə ailəsində irsi xəstəlik olanlar, yaxın qohum evliliyi edənlər və ya əvvəlki övladında ciddi sağlamlıq problemi olanlar mütləq bu testlərə üstünlük verməlidirlər. Hamiləlik öncəsi və zamanı aparılan genetik məsləhət və testlər risklərin vaxtında aşkar olunmasına və düzgün qərarların verilməsinə kömək edir. Eyni zamanda, sağlam həyat tərzi, düzgün qidalanma və zərərli vərdişlərdən uzaq durmaq da genetik sabitliyə və ümumi sağlamlığa müsbət təsir göstərir.

Valideynlərə tövsiyəm odur ki, körpənizin sağlam gələcəyi üçün hamiləlik planlamasını və ilkin genetik yoxlamaları nəzərdən qaçırmayın. Çünki genetik bilik – sağlam ailənin təməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri