“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş "Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 17 aprel saat 10:00-dan dövlət qurumlarının əməkdaşlarının və könüllü donorların iştirakı ilə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasında "Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş "Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcəkdir.
Aksiya talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















