Icma.az
close
up
RU
Arzum xəstəxanada 21 dəqiqə qalıb Maşını aeroportdan götürülüb

Arzum xəstəxanada 21 dəqiqə qalıb Maşını aeroportdan götürülüb

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hökmü tərəflərə verilib.

“Qafqazinfo” məhkəmənin geniş müzakirə mövzusuna çevrildiyini nəzərə alaraq həmin hökmü əldə edib.

İş materiallarında diqqət çəkən bir neçə məqam var. Onlardan biri Arzumun Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən sürücülük vəsiqəsinin olmamasıdır. Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məktubda yazır ki, Hacıyeva İlduzə Elmar qızına Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib.

Bunun əvəzinə onun Almaniya Respublikasının sürücülük vəsiqəsi olub. Həmin ölkədən verilən vəsiqədən görünür ki, Hacıyeva İlduzə Elmar qızına müddətsiz “B” kateqoriyalı sürücük vəsiqəsi verilib.

Şirkət rəhbəri bildirib ki, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi əsasında vətəndaş 1 ay ərzində həmin vəsiqə ilə avtomobili idarə edə bilər.

Bu səbəbdən həmin vəsiqə əsasında ona avtomobil icarəyə verilib. Təqsirləndirilən tiktoker “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı avtomobili isə özəl şirkətdən günü 60 manatdan hesablanmaqla 10 günlük kirayələyibmiş.

Həmin şirkətin direktoru da şahid qismində ifadə verib. Direktor deyib ki, qəzadan sonra Arzumla telefonla danışıb, ondan avtomobilə ziyan dəyib-dəymədiyini soruşub.

Arzum ona qəzada iştirak etmədiyini, avtomobilə də bir şey olmadığını deyib. Şahidin sözlərinə görə, hadisədən sonra avtomobili gedib hava limanından götürüblər.

Cinayət işi materiallarında Arzumun qəza baş verəndən sonra halı pisləşməsi və xəstəxanaya getməsi ilə bağlı sənəd də var.

TƏBİB-dən göndərilən məktubda yazır ki, İlduzə Hacıyeva hadisə günü saat 01:34-də tibb mərkəzinə daxil olub.

Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində ona “İsterik nevroz” diaqnozu qoyulub: “Xəstəyə ilkin tibbi yardım göstərilmiş, Renalium- 2ml, Natrium Xlorid 0,9% - 2 ml qarışımı venadaxili inyeksiya edilmişdir.

İlduzə Hacıyeva qeyd olunan tarixdə saat 01:55-də tibb mərkəzindən getmiş, ona əlavə hər hansı diaqnoz qoyulmamış, xidmət göstərilməmişdir”.

Mübahisə olunan məsələlərdən biri də Arzumun qəzadan sonra nə qədər tibb mərkəzində qalması idi.

Bu sənədlə həmin müddətin 21 dəqiqə olduğu təsdiqini tapıb.

Məhkəmə nəticəyə gələrkən təqsirləndirilən şəxsin 2-si azyaşlı olmaqla 4 övladının olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirici, zərərçəkmiş tərəflərlə barışıq əldə edilməməsini ağırlaşdırıcı hal kimi nəzərə alıb.

Qeyd edək ki, Arzum bu ayın 2-si Xəzər Rayon Məhkəməsi tərəfindən həbs edilib. O, nə ibtidai nə məhkəmə istintaqı zamanı özünü təqsirli bilib.

Tiktoker qəza anının videosunu əsas gətirərək günahsız olduğunu deyib.

Onun həbsi ilə nəticələnən hökm geniş müzakirə mövzusuna çevrilib, əksər sosial şəbəkə istifadəçiləri Arzumun qəzada təqsiri olmadığını yazıblar.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri