Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Paşinyanın qarşısında 7 səs problemi var: Sülh müqaviləsinin taleyi necə olacaq?

Paşinyanın qarşısında 7 səs problemi var: Sülh müqaviləsinin taleyi necə olacaq?

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına əngəl olan yeganə məsələ Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlıdır. Məhz bunun üçün Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü əsas şərt konstitusiya dəyişikliklərinin həyata keçirilməsi məqsədilə referendumun təyin olunmasıdır".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi.

Onun sözlərinə görə, Paşinyan bu gün bəyan edib ki, gələn həftə yeni konstitusiya layihəsini dərc edəcəklər və ictimai müzakirələrə başlanılacaq.

"Paşinyan əminliyini ifadə edib ki, erməni cəmiyyəti bu dəyişikliklərə səs verəcək. O, açıq şəkildə bəyan edib ki, köhnə konstitusiya Daşnaksütyun ideologiyası əsasında yazılıb və orada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı İstiqlal Bəyannaməsinə istinad var. Eyni zamanda, Türkiyə ərazilərinə iddia kimi Qərbi Ermənistan ifadəsi də yer alır.

Bu baxımdan, əlbəttə ki, referendumun keçirilməsi bu gün şərtdir və onsuz Azərbaycanda sülh müqaviləsinin imzalanması real deyil. Hər halda, Paşinyan və onun komandası bu məsələyə optimist yanaşırlar. Onlar hesab edirlər ki, erməni cəmiyyəti bu layihəyə səs verə bilər. Hətta Paşinyan öz siyasi karyerasını belə bu məsələ ilə bağlı, necə deyərlər, masaya yatırıb və bildirib ki, dəyişikliklər olmasa, yeni konstitusiya qəbul edilməsə, o zaman öz postunu tərk edəcək. Eyni zamanda, müxalifətə qarşı da həm Paşinyan, həm də Təhlükəsizlik Şurasının katibi Simonyan tərəfindən kifayət qədər sərt mövqe sərgilənib. Bu baxımdan, Ermənistanda gələn həftə dərc olunacağı gözlənilən konstitusiya layihəsi ətrafında ictimai müzakirələr bir neçə ay davam edə bilər.

Ardınca parlament qərar qəbul etməlidir, amma burada bir problem var. Belə ki, referendumun keçirilməsi ilə bağlı qərarın qəbul olunması üçün üçdə iki səsə, yəni 71 deputatın səsinə ehtiyac var. Paşinyanın partiyasının isə parlamentdə 64 yeri var. Söhbət yeddi səsdən gedir və həmin yeddi səs tapılmalıdır. Paşinyan da bildirib ki, bu baş verməyəcəyi halda müxalifətə ictimai təzyiq göstərməyə çalışacaq", - deyə siyasi şərhçi əlavə etdi.

O.Qasımov hesab edir ki, əgər işlər nəzərdə tutulduğu kimi getsə və müxalifətlə də müəyyən razılaşma əldə olunsa, gələn ilin əvvəllərində, yanvar-fevral aylarında referendum keçirilə bilər:

"İlin birinci yarısında, yəni may-iyun aylarında da referendumun keçirilməsi mümkündür. Bu, normal şərtlərdə, hər hansı problem yaranmayacağı təqdirdə baş verə bilər. Problemlər yaranarsa və qərar qəbul etmək mümkün olmazsa, təbii ki, Ermənistanda siyasi vəziyyət yenidən daha ciddi şəkildə gərginləşə bilər. Hər şey nəzərdə tutulduğu kimi getsə və referendumun nəticələri qənaətbəxş olsa, o zaman dərhal sülh müqaviləsi bağlana bilər. Xatırlayırsınız, Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, referendum keçirilib konstitusiya dəyişiklikləri qəbul olunan günün sabahısı Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri