Icma.az
close
up
RU
Arzumla bağlı hökm verən məhkəmədən AÇIQLAMA

Arzumla bağlı hökm verən məhkəmədən AÇIQLAMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxs, hakim Ramilə Xəzri açıqlama verib.
Hakim bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.
Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır)
və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozub.
Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.
Belə ki, İ. Hacıyeva “Mercedes-Benz D2” markalı avtomobilin sağa istiqamətlənərək yolun sağ kənarında olan beton maneəyə çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızının ağır bədən xəsarəti almasına, sürücü Məlikov Amalın isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.
İ. Hacıyeva yol-nəqliyyat hadisəsini törətdikdən sonra öz şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxslərə yardım göstərmədən idarə etdiyi avtomobillə hadisə yerindən qaçmışdır.
Bundan sonra istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Almaniya Federativ Respublikasına gedib.
İ. Hacıyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilib 
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, İ. Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etdiyi təqdirdə onun hadisənin qarşısını almağa texniki imkanı olub.
Eyni zamanda məhkəmə prosesində dövlət ittihamçısı İ. Hacıyevaya qəti olaraq 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif edib. Məhkəmə tərəfindən İ. Hacıyevanın yol-nəqliyyat hadisəsi yerindən qaçması, ölmüş zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq İ. Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd olunub ki, iş üzrə məhkəmə hökmündən narazı olan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququna malikdirlər.
Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 İyul 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri