Arzusu Çili millisini çalışdırmaq olan Pelleqrini “Betis”lə müqaviləsini uzatdı
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın La Liqa təmsilçisi “Betis”in baş məşqçisi Manuel Pelleqrini klubla müqaviləsini uzadıb.
İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, tərəflər bir neçə uğursuz görüşdən sonra razılığa gəlib və klub derbi öncəsi yeni müqaviləni rəsmi olaraq elan edib.
Pelleqrininin 2026-cı ilin iyununda başa çatacaq müqaviləsi daha bir il artırılaraq 2027-ci ilə qədər qüvvədə qalacaq.
Məlumata görə, Pelleqrini müqavilədə xüsusi maddə saxlayıb. Bu bəndə əsasən, əgər Çili millisindən ona təklif gələrsə, o, klubdan ayrılmaq hüququna malik olacaq. Mütəxəssis karyerasını vətəninin milli komandasında başa vurmaq arzusunu dəfələrlə vurğulayıb.
Pelleqrini 2020-ci ildən “Betis”ə rəhbərlik edir və bu müddətdə klub Avropa yarışlarına ardıcıl vəsiqələr, həmçinin İspaniya Kral Kubokunu qazanmaq kimi nəticələr əldə edib.
Qeyd edək ki, "Betis" növbəti oyununu 30 noyabrda "Sevilya"ya qarşı keçirəcək. Komanda 13 turdan sonra turnir cədvəlində 21 xalla 5-ci sıradadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 28 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















