Icma.az
close
up
RU
Arzusundan dönmədi, ikinci cəhddə Dövlət Proqramının qalibi oldu

Arzusundan dönmədi, ikinci cəhddə Dövlət Proqramının qalibi oldu

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 sentyabr, AZƏRTAC

Bəzən insanın qarşısına çıxan ilk “yox” cavabı hekayənin sonu deyil, daha böyük bir uğura aparan yolun başlanğıcı olur. Günay Əliyevanın xaricdə təhsil hekayəsi də bunun nümunəsidir. Dövlət Proqramına ilk müraciətində qəbul ola bilməyən Günay bu nəticəni məqsədindən dönmək üçün səbəb kimi deyil, növbəti cəhdə daha hazırlıqlı qayıtmaq üçün bir fürsət kimi dəyərləndirib. İkinci müraciətində isə arzusuna çataraq Dövlət Proqramının qalibi olub. İyirmi üç yaşlı Günay Əliyeva aqrar sahə üzrə mühəndisidir. Bakalavr təhsilini Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində tarla bitkiləri ixtisası üzrə tamamlayıb. Hazırda Ege Universitetində Tarla bitkiləri kafedrasının bitki seleksiyası və genetikası istiqaməti üzrə magistratura təhsilinin ikinci kursunda davam edir.

Dövlət Proqramının qalibi Günay Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, magistratura təhsilini davam etdirmək qərarına gəldikdə Dövlət Proqramının təqdim etdiyi imkanlardan faydalanmaq onun üçün ən doğru seçimlərdən biri olub. Çünki proqram yalnız xaricdə təhsil almağa maddi dəstək göstərən layihə deyil, eyni zamanda, Azərbaycan gənclərinə göstərilən böyük etimadın və ölkənin insan kapitalına verdiyi dəyərin göstəricisidir.

“Mənim üçün bu proqramın bir parçası olmaq həm böyük imkan, həm də məsuliyyətdir. Dövlətin mənə təhsil almağım, inkişaf etməyim və gələcəkdə qazandığım bilikləri ölkəmə gətirməyim üçün yaratdığı bu imkanı öz üzərimdə göstərilən bir etimad kimi qəbul edirəm. Magistratura təhsilimi davam etdirərkən təhsil və yaşayış xərclərinin ailəm üçün əlavə maliyyə yükü yaratmamasını istəyirdim. Bu baxımdan Dövlət Proqramı mənə həm maddi, həm də mənəvi cəhətdən böyük dəstəkdir. Dövlət Proqramına müraciət etmək mənim üçün sadəcə xaricdə təhsil almaq arzusu deyildi. Mən bu proqramın xaricdə təhsil alan Azərbaycan gənclərinin inkişafına verdiyi töhfənin bir parçası olmaq və gələcəkdə qazandığım bilikləri ölkəmin inkişafına yönəltmək istəyirdim. Mənim üçün Dövlət Proqramına gedən yol elə də asan olmadı. İlk müraciətimdə qəbul ola bilməmişdim. Bu, əlbəttə, mənim üçün müəyyən mənada məyusluq oldu. Amma bu nəticəni dayanmaq üçün səbəb kimi deyil, özümü daha da inkişaf etdirmək üçün bir fürsət kimi qəbul etdim.

Növbəti il yenidən müraciət etdim. Bu dəfə əvvəlki təcrübəmdən də yararlanaraq sənədlərimi, akademik fəaliyyətimi və məqsədlərimi daha sistemli şəkildə hazırladım. Nəticədə Dövlət Proqramına qəbul oldum.

Əsas məqsədim əldə etdiyim elmi və praktiki təcrübəni Azərbaycanda kənd təsərrüfatının inkişafına tətbiq etməkdir. Xüsusilə bitki seleksiyası, genetika və müasir toxumçuluq istiqamətində fəaliyyət göstərmək istəyirəm. İqlim dəyişikliklərinə, quraqlığa və müxtəlif xəstəliklərə daha davamlı, eyni zamanda, yüksək məhsuldarlığa malik sortların əldə olunması istiqamətində aparılan tədqiqatların ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını düşünürəm. Həmçinin ənənəvi üsullarla yanaşı, müasir molekulyar və biotexnoloji metodların tətbiqinin genişləndirilməsini, müasir laboratoriya təcrübələrinin Azərbaycanda inkişaf etdirilməsini istəyirəm”.

Günayın hekayəsini daha da fərqləndirən məqamlardan biri isə bütün bu proseslə yanaşı, üzərinə düşən ailə məsuliyyətlərini davam etdirməsidir: “Mən həm təhsilimi davam etdirirəm, həm karyeramı qurmağa çalışıram, həm də bir qız anasıyam və üzərimdə övladımla bağlı böyük məsuliyyət daşıyıram. Bütün bunlara baxmayaraq, heç vaxt arzularımdan və məqsədlərimdən dönməmişəm. Çünki düşünürəm ki, insanın həyatında məsuliyyətlərin olması onun arzularından imtina etməsi üçün səbəb olmamalıdır. Əksinə, bəzən üzərimizdəki məsuliyyətlər bizi daha güclü və daha məqsədli olmağa sövq edir. Bəzən yolunuz başqalarından daha çətin ola bilər, amma bu, sizin sona çata bilməyəcəyiniz demək deyil. Özünüzə inanın, öz yolunuzu seçin və başqalarının sizin haqqınızda yazdığı hekayə ilə kifayətlənməyin. Öz hekayənizin müəllifi də, qəhrəmanı da siz olun. Çünki həyatınızı gözəlləşdirəcək insan ilk növbədə özünüzsünüz”.

Müxbir - Nərmin Muradzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri