Icma.az
close
up
RU
Aşağı hasilatlı neft quyularında enerji səmərəliliyinin idarə olunmasına dair yeni yanaşma təklif edilib

Aşağı hasilatlı neft quyularında enerji səmərəliliyinin idarə olunmasına dair yeni yanaşma təklif edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, baş mühəndis Şakir Mehdiyev və texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevanın müəllifi olduqları “Aşağı hasilatlı neft quyularında ştanqlı nasosların intellektual idarə olunması” mövzusunda tədqiqat işi “Kibernetika və informatikanın problemləri” VI beynəlxalq konfransda (PCI 2025) müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Məruzəni Ş. Mehdiyev təqdim edərək diqqətə çatdırıb ki, qlobal yaşıl keçid prosesinə və aparıcı ölkələrin səylərinə baxmayaraq, neftə tələbat artmaqda davam edir. Müasir dövrdə neft təkcə enerji resursu deyil, həm də iqtisadi və siyasi təsir vasitəsidir. Buna görə hasil edilən hər barel neft ölkələrin iqtisadi müstəqilliyinə və milli suverenliyinə birbaşa töhfə verir. Bu baxımdan, neft hasilatının səmərəliliyinin, dayanıqlılığının və etibarlılığının artırılması strateji əhəmiyyət kəsb edir.

“Ştanqlı nasos qurğuları bir çox ölkələrdə, xüsusilə neft yataqlarının sonrakı istismar mərhələlərində geniş tətbiq olunur. Bununla yanaşı, onların enerji tutumlu fəaliyyəti enerji sisteminə əlavə yüklənmələr gətirir və istismar prosesində bir sıra çətinliklər yaradır”, – deyə tədqiqatçı əlavə edib. O bildirib ki, tədqiqatda kiberfiziki sistemlər (CPS), rəqəmsal əkizlər və əşyaların interneti (IoT) texnologiyaları əsasında intellektual idarəolunma modeli işlənilib. Təklif olunan modelin 100 neft quyudan ibarət olan virtual neft yatağı əsasında simulyasiyası aparılıb. Bu yanaşma həmin yatağın pik enerji istehlakını təqribən 22 faiz azaldır, ümumi hasilatı təxminən 10 faiz artırır və məhdud enerji resursları şəraitində sistemin işləmə sabitliyini qoruyur.

Aparılmış tədqiqat göstərir ki, statik idarəetmədən adaptiv idarəetmə sistemlərinə keçid aşağı hasilatlı quyuların istismarında enerji səmərəliliyini yüksəldə və avadanlıqların istismar müddətini uzada bilər. Bundan əlavə, bu yanaşma neft-qaz sənayesində rəqəmsallaşma və proqnozlaşdırıcı texniki xidmət sistemlərinin tətbiqi üçün yeni imkanlar açır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri