Icma.az
close
up
RU
ASALA türk diplomatını necə şəhid edib və 44 il əvvəl Sidneydə nə baş verib?

ASALA türk diplomatını necə şəhid edib və 44 il əvvəl Sidneydə nə baş verib?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

1980-ci il dekabrın 17-də Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və onun mühafizəçisi Engin Sever erməni terror təşkilatı ASALA tərəfindən törədilən sui-qəsd nəticəsində şəhid edilib.

Qaynarinfo xəbər verir ki, həmin gün səhər saat 09:45-də Şarık Arıyak konsulluğa getmək üçün evindən çıxarkən Sidneyin Dover Heights bölgəsindəki Portland küçəsində hücuma məruz qalıb. Baş konsul və mühafizəçisi Engin Sever ayrı-ayrı avtomobillərdə hərəkət ediblər. Üzləri tam örtülü, dəbilqələr taxmış iki naməlum şəxs motosikletlə hadisə yerinə yaxınlaşıb. Onlardan biri motosikleti işlək vəziyyətdə saxlayarkən, digəri yaxın məsafədən əvvəl Engin Severə, sonra isə Şarık Arıyaka atəş açıb. Arıyak hadisə yerində, Sever isə xəstəxanada həyatını itirib.

Hücumdan qısa müddət sonra bərbad aksentli bir qadın Avstraliya xəbər agentliklərinə zəng edərək, hücumun məsuliyyətini "Erməni Soyqırımı Ədalət Komandoları" (Justice Commandos of the Armenian Genocide) adından üzərinə götürüb.

Şarık Arıyak kimdir?

1930-cu il martın 3-də İstanbulda anadan olan Şarık Arıyak Sivas Liseyini və Ankara Universiteti Siyasi Bilgilər Fakültəsini bitirib, təhsilini Lozanna Universitetində davam etdirib. Maliyyə Nazirliyində çalışdıqdan sonra 1959-cu ildə Xarici İşlər Nazirliyinə keçib, Roma və Seulda səfirliklərdə, Parisdə isə baş katib vəzifələrində çalışıb. 1978-ci il noyabrın 30-da Sidney baş konsulu vəzifəsinə təyin olunub.

Cinayətin araşdırılması

Hücumdan sonra cinayətkarlar ələ keçirilməyib və hadisə uzun müddət açılmamış qalıb. 2019-cu il dekabrın 17-də, hadisənin 39-cu ildönümündə, Yeni Cənubi Uels Birgə Əks-Terror Qrupu (NSW Joint Counter Terrorism Team) cinayəti yenidən araşdırmaq üçün Strike Force Esslemont adlı xüsusi qrup yaradıb. Hadisə barədə məlumat verən şəxslərə 1 milyon Avstraliya dolları məbləğində mükafat təklif edilib. Bu, Avstraliyada terror aktı üçün təklif edilən ilk milyon dollarlıq mükafat idi.

İstintaq çərçivəsində şahid ifadələrinə əsaslanaraq şübhəlilərin kompüterlə yaradılmış təsvirləri yayımlanıb. 2020-ci ilin avqustunda əldə edilən məlumatlar əsasında Sidney limanının dibindən bəzi əşyalar çıxarılıb və məhkəmə ekspertizası üçün göndərilib. 2022-ci ilin avqustunda isə hücumu xəbər agentliklərinə bildirən qadının səs yazısı ictimaiyyətə təqdim edilib.

ASALA (Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu) 1975-1994-cü illər arasında Türkiyə də daxil olmaqla türk və digər diplomatik hədəflərə qarşı bir sıra terror aktları həyata keçirib. Bu hücumlar nəticəsində 58 türk vətəndaşı, o cümlədən 31 diplomat və onların ailə üzvləri həyatını itirib. Ümumilikdə isə 77 nəfər, o cümlədən əcnəbilər də daxil olmaqla, bu hücumların qurbanı olub.

Şarık Arıyakının xatirəsinə ehtiram olaraq İstanbulda bir küçəyə onun verilib. Hər il dekabrın 17-də Türkiyənin Sidney və Kanberra şəhərlərindəki diplomatik nümayəndəliklərində anma mərasimləri keçirilir.

Bu hadisə erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri hücumların ən faciəvi nümunələrindən biridir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri